Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2019/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində 12 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 12 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə M.Hadi 291A ünvanında saat təxminən 22:00 radələrində X3 məxsus İphone 13 markalı telefonu oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixd axşam saatlarında 10-11 radələrində H.Aslanov metrosunun çıxışında yerləşən “Megastore” mağazasının arxasında yerləşən məhəllədə gəzən zaman oturacağın üzərində bir ədəd göy rəngli İphone markalı telefonu görmüş və götürmüşdür. Ətrafda heç kimin olmadığına nəzər yetirmiş və evdə maddi durumunun zəif olması və nənəsinin vəziyyətinin ağır olması səbəbindən həmin teefonu satmaq qərarına gəlmişdir. Telefonu götürüb oradan uzaqlaşdıqdan sonra ona zəng gəlmişdir. Telefonun zəngini açıb bir qədər zəng edənlə danışdıqdan sonra telefonun şifrəsini soruşmuş, lakin həmin şəxs deməmişdir. Daha sonra o, telefonda olan nömrəni qırıb atdıqdan sonra telefonu söndürmüşdür. Telefonu Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsə 200 manata satmış və pulu nənəsi üçün xərcləmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 22:00 radələrində rayondan gəldiyi üçün Xətai rayonu, Həzi Aslanov metrosunun çıxışında yerləşən “Megastore” mağazasının arxa çıxışında, M.Hadi küçəsi 291A ünvanında söhbətgahda dincəlmək üçün əyləşmiş, bu zaman arxa cibində olan göy rəngli İphone 13 markalı mobil telefonunu cibindən çıxararaq yanına qoymuş, təxminən 10 dəq sonra həmin yerdən 100 metr uzaqlaşmış və mobil telefonu qoyduğu yerdə unutmuş, mobil telefonunu unutduğu üçün yenidən geriyə qayıtmış və mobil telefonun qoyduğu yerdə olmadığını aşkar etmişdir. Bu səbəbdən üzərində olan 2-ci mobil telefonunda olan ***-***-**-** mobil nömrəsi olan İphone 13 markalı mobil telefonunun içərisində olan ***-***- **-** mobil nömrəsinə zəng etmiş və tanımadığı şəxs telefona cavab verərək mən bayaqdan səni axtarıram" deyə bildirmişdir. O, telefonu götürən şəxsin harada olduğunu soruşduqda artıq Əhmədlidə olduğunu bildirmiş bu səbəbdən o, ondan qısa zamanda necə tez Əhmədliyə getdiyini soruşduqda həmin şəxs avtomobil ilə olduğunu və avtomobil ilə getdiyini bildirmişdir. O, ondan mobil telefonunu qaytarmağını tələb etmiş, şəxs isə ona Ukrayna dairəsinə qalxdığını söyləmiş və bildirmişdir ki, Həzi Aslanov metrosunda görüşsünlər və orada telefonunu qaytarsın. O, bununla razılaşmış, bundan əlavə ondan mobil telefonuna giriş üçün şifrə istəmiş, lakin o, verməmişdir. O, ona zəngi söndürməməyini və danışa danışa görüşməyi təklif etsə də, həmin şəxs telefonu söndürmüş və bunun ardınca çoxlu zənglərinə baxmayaraq telefonlarına bir daha cavab verməmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə M.Hadi 291A ünvanında saat təxminən 22:00 radələrində X3 məxsus İphone 13 markalı telefonu oğurlamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 12 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis leytenantı Elşad Cəfərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 fevral 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur və əməli törətmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 12 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə M.Hadi 291A ünvanında saat təxminən 22:00 radələrində X3 məxsus İphone 13 markalı telefonu oğurlamışdır, faktla bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 11 mart 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «11» mart 2026-cı il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «11» mart 2026-cı il tarixdən, saat 21:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-2019/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2019/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver