Məhkəmə qərarları › İş №3(5-94)-2031/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2031/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2031/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Bağıyev Laçın İsmayıl oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subat, ünvan 1 ünvanında qeydiyyatda olan X4 tərəfindən Bakı şəhər X7 İdarəsinin04 mart 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 26 fevral 2026-ci il saat 09:34 də ***-***-**-** nömrəsindən zəng edilərək, Baş Dövlət Polis İdaərsinə getmək tələb olunmuşdur. Orada 4 bal 150 manat cərimə olunduğu bildirilmişdir. Səhər yenə zəng edib eyni sözləri təkrar etmişlər. Etiraz edib cərimənin rəsmi formada telefona göndərilməsini xahiş etmişdir. Heç bir polis tərəfindən saxlanılmadan, telefona bildiriş gəlmədən cərimə və bal tətbiq edilmək istənmişdir. Zəngdən 4, 5 gün sonra telefona İXM 327.2-ci maddəsinə əsasən əks istiqamətdə hərəkət zolağına çıxdığına görə 3 bal 100 manat məbləğində cərimə olunduğu bildirilmişdir. Polisin təqdim etdiyi ilə tətbiq etdiyi cərimə uyğunluq təşkil etmir. Odur ki, əsassız cərimə edildiyini, kamera görüntüsünün olmadığını nəzərə alaraq barəsində İXP ******* saylı 04 mart 2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilib, icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında iştirak edərək, şikayət ərizəsini müdafiə etmiş, qərarın ləğv edilərək, icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər X7 İdarəsi sorğu verilmiş və onlar tərəfindən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qeydə alınmış videogörüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 09:11-də Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi “Radius” qarşısı ərazisində «BYD DESTROYER 05 PLUG-İN HİBRİD» minik markalı, ** EQ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bakı şəhər X7 İdarəsi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qeydə alınmış videogörüntüdən görünür ki, X2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə zalında videogörüntü ilə tanış olan X4 inzibati xətanı törətdiyini təsdiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Bakı şəhər X7 İdarəsi tərəfindən təqdim edilən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt qeydə alınmış videogörüntüyə əsasən, X2 idarə etdiyi «BYD DESTROYER PLUG-İN HİBRİD» minik markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etdiyi müşahidə olunur. Yol hərəkəti haqqında AR Qanununun 15-ci maddəsi yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; Həmin Qanunun 49-cu maddəsinin İİ hissəsinə əsasən, hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. AR İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X2 «BYD DESTROYER PLUG-İN HİBRİD» minik markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman AR İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Beləliklə, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X7 İdarəsinin İXP ******* saylı protokol əsasında tərtib edilmiş 04 mart 2026-cı il tarixli, TP7881351 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X7 İdarəsinin İXP7879518 nömrəli protokol əsasında tərtib edilmiş 04 mart 2026-cı il tarixli, TP7881351 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar