Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-2041/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlu, X1 BNA_0076264 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: X2 xx.xx.2026-cı il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürdüyündən həmin müddətin bərpa edilməsini və şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-2041/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə X2 tərəfindən verilmiş BNA_0076264 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatət rədd edilmiş edilmişdir. Məhkəmə hesab edir ki, X1 BNA_0076264 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 BNA_0076264 saylı, xx.xx.2019-cu il tarixli qərardan verilmiş şikayətinin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 BNA_0076264 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin icraata qəbulundan imtina olunsun və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-2041/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-2041/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver