Məhkəmə qərarları › İş №3(5-94)-2043/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-2043/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-2043/2026 19.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X2 tərəfindən BNA_0079756 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 xx.xx.2026-cı il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürdüyündən həmin müddətin bərpa edilməsini və şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. AR İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən 130.1-ci maddədə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. AR İXM-in 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə vəsatəti araşdıraraq belə nəticəyə gəlir ki, prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı səbəb göstərilmədiyindən və qeyd edilən hallarla bağlı hər hansı sənəd əlavə olunmadığından, müddətin bərpası qeyri-mümkün hesab edilməli, vəsatət rədd edilməli və şikayətə mahiyyəti üzrə baxılmamalıdır. Qeyd olunanlara əsasən və İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 tərəfindən verilmiş BNA_0079756 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatət rədd edilsin, şikayətə mahiyyəti üzrə baxılmasın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar