Məhkəmə qərarları › İş №3(5-94)-2071/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2071/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2071/2026 13.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, X14 katibliyi, Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru polis leytenantı X3 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə doğulmuş, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında qeydiyyatda olan,ünvan 2 Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli MN ******* saylı protokol, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis şöbəsinin sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun yaşadığı ünvanın yaxınlığında əvvəl zavod var idi. X9 işlədiyi müəssisə oranı zibilxanaya çevirmişdir. Buna görə də həyətə milçək, siçovullar doluşur. Pərviz Hüseynov maşınla ordan keçən zaman o digər qonşularla birlikdə həyətdə olmuşdur, maşını orda saxlamamasını bildirmişlər, tərəflərindən heç bir söyüş söyülməmiş, əksinə ona bununla bağlı irad bildirmişlər, maşının qabağını saxlamamışlar, sadəcə düzgün saxlanılmadığını bildiriblər, Pərviz maşını sürətlə sürmüş yanlarından getmişdir, maşına tərəflərindən heç bir zədə vurulmayıb, gedib hardasa maşını əzib, onlara heç bir aidiyyatı yoxdur, daha sonra polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, onun işlədiyi müəssisə plastik materialların yenidən emalı ilə məşğuldur. Şirkətin rəhbəri ona şirkətin maşının içəri alınmasını, öz maşının isə ordan çıxarılmasını bildirmişdir. Şirkətin maşını da iri həcmli maşındır. O, irihəcmli maşını sürəndə həyətdə olan 10-12 nəfər qonşu yığışaraq, ondan maşını niyə tərpətdiyini bildirərək, ona söyüş söyməyə başlamışlar. təqsirkar və digərləri ona nalayiq ifadələr işlədərək, onu qolundan dartmağa başlamış, qarşılıqlı verəndə isə ona "xxxx" cümləsini işlətmişlər. Şirkətin maşının ordan çıxarmışdır. Daha sonra isə öz maşının həyətdən çıxarmaq istəyəndə qonşular onun maşınını tərpətməyə, maşını təpikləməyə başlayaraq, ona söyüş söymüşlər. Hətta onu maşından çıxarmağa çalışmışlar. Bu zaman o güzgüdə görmüşdür ki, biri əlində kubik daşla ona tərəf gəlir. Çətinliklə maşını ordan çıxarmışdır. Maşını çıxarandan sonra da qonşular ona nalayiq ifadələr işlətmişdir. Onun maşınına ziyan dəymişdir. Daha sonra isə polis bölməsinə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, xx.xx.2026-ci il tarixdə ünvan 4 ünvanda Şəxs X2 qarşı xırda xuliqanlıq etmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, xx.xx.2026-ci il tarixdə ünvan 4 ünvanda Şəxs X1 əmlakına ziyan vurmuşdur. xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli təmir aktından görünür ki, **- TJ-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı maşının təmirinə dəymiş ziyanın məbləği (ehtiyat hissəsi və işçilik haqqı) 975 manat təşkil edir. xx.xx.2026-cı il tarixi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığındam cinayət işinin başlanmasının rədd edilməsi, Dadaşev Mehrab Babaş oğlunun Azərbaycan Respublikası İXM-nin 157, 232və 510-cu maddələri ilə, X6 və Şəxs İXM-nin 232-1, 510-cu maddələri ilə, habelə ictimai qaydanı pozan digər şəxslərin müəyyən edilərək, inzibati məsuliyyətə cəlb edilməsindən və tərəflərin münaqişəli olması nəzərə alınaraq, profilaktiki tədbirlə görülməsindən ötrü Xətai RPİ-nin 35-ci PB-yə həvalə edilməsi, qonşuların nəqliyyat vasitələri ilə süni maneçilik yaratmaları nəzərə alınaraq baş verə biləcək, yol nəqliyyat hadisələrinin qarşısının alınması, profilaktiki tədbirlər görülməsi məqsədi ilə Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 Elmi- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 61 nömrəli ekspert rəyindən görünür ki, Pərviz Hüseynovun sol bazu oynağı nahiyəsinin yumşaq toxumalarının zəif şişkinliyi halında əzilməsi müəyyən edildi. Xəsarət bərk-küt ə.ya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2026-cı ildə törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir xx.xx.2026-cı il tarixi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, X1 təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin CD diskdə 5 ədəd videofayl yerləşir. ******* saylı videofaylda görüntü ümumilikdə 3 dəqiqə 7 saniyədir. Ekran görüntüsünün sağ sol tərəfində tarix və saat əks olunmuş, tarix 16.01 2026-cı il, saat 19:23:13-dən 23:16:14-dək olan müddətdir. Görüntü avtomobilin ön çöl hissəsini əks etdirir. Görüntünün 19:25:21-də bir nəfər yaşlı şəxsin avtomobilin qarşısına keçərək sürücüyə “nə edirsən” deməsi, P.Hüseynovun “maşını içəri salıram, çıxardıram” bildirməsini, daha sonra avtomobilin önünə 5-6 nəfər şəxsin toplaşması, P.Hüseynovun həmin şəxslərə “dalaşmaq istəyirsiz" deyərək səslənməsi, bir nəfər şəxsin isə bir neçə dəfə “dalaşmağı bacarırsan” deyərək səslənməsi görüntüdə əks olunmuşdur. Digər görüntü avtomobilin iç hissəsini əks etdirir. Görüntüdə P.Hüseynovun avtomobilin içərisində əyləşib avtomobili işə salarkən görüntünün 19:25:23-də bir nəfər şəxsin səslənərək “nə edirsən” deməsi, P.Hüseynovun “maşını içəri salıram, çıxardıram” bildirməsini, daha sonra avtomobilin 5-6 nəfər şəxsin avtomobilin ön sol qapısı tərəfə toplaşması, P.Hüseynovun həmin şəxslərə “dalaşmaq istəyirsiz” deyərək səslənməsi, bir nəfər şəxsin pəncərədən əli ilə H.Hüseynovun sol əlinə bir neçə dəfə toxunaraq, bır neçə dəfər “dalaşmağı bacarırsan” deyərək səslənməsi görüntüdə əks olunmuşdur. Məhkəmə qeyd edir ki, yalnız inzibati xəta haqqında protokol əsasında şəxsin təqsirlilik məsələsi müzakirə oluna bilməz. Bunun üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 510.1 və 232-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair sübutlar məhkəməyə təqdim edilməlidir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin 232-1-ci maddəsində göstərilən əməlləri törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş diskdə, habelə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilərkən istinad edilmiş CD diskdə maşının iç hissəsinin və çöl hissəsinin görünütülərində zərərçəkmiş şəxsin dediyi hallar öz təsdiqini tapmamışdır. Lakin məhkəmə iclasında hər iki tərəfin izahatı ilə mübahisəsiz şəkildə müəyyən edilmişdir ki, Şəxs digər qonşularla birlikdə hərəkətdə olan maşının qarşısını kəsərək, maneələr yaratmışdır. Bununla da o, İXM-nin 510.1-ci maddəsində göstərilən əməli yerinə yetirmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini və onun daha əvvəl hər hansı inzibati məsuliyyətə cəlb edilmədiyini nəzərə alıb, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar