Məhkəmə qərarları › İş №3(5-94)-2119/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2119/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-2119/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs "xxxx" marketin direktoru Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində 18 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, gecə saatlarında Xətai rayonu, “Həzi Aslanov” metro stansiyası yaxınlığında marketə daxil olaraq müxtəlif markalı yağları və şkoladları oğurlayayaraq oradan uzaqlaşmışdır. Beləliklə o, hazırda zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" marketin direktoru Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 23:55 dəqiqədə müdir kimi işlədiyi Bakı şəhəri, xətai rayonu, X.Məmmədov 41 ünvanında yerləşən "Oba” marketə müştəri kimi yaxınlaşan açıq rəngli cins şalvar, qara rəngli gödəkcə geyinən, boyu təxminən 156 sm olan, orta yaşlı, sarı saqqallı, sarı saçlı, içki audəçisi olan naməlum şəxs mağazanın içərisindən ümumi dəyəri 50 manat olan 2 ədəd "West Gold", ümumi dəyəri 50 manat olan. 2 ədəd "Anchor" kərə yağları, ümumi dəyəri dəyəri 14 manat olan 4 ədəd "Roshen" şokaladı, Ümumi dəyəri 72 manat 60 qəpik olan 22 ədəd "Alpen Gold" şokaladı, ümumi dəyəri 38 manat 28 qəpik olan 12 ədəd "Nestle" şokaladı oğurlamışdır. Hadisə nəticəsində 224 manat 60 qəpik maddi ziyan vurulmuşdur. O, həmin şəxsin oğurluq etməsini sonradan kamera görüntülərinə baxış zamanı aşkar etmişdir. Hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "xxxx" marketdən 224 manat dəyərində ərzaq məhsullarını ələ keçirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 18 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Ramin Ələskərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 18 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "xxxx" marketdən 224 manat dəyərində ərzaq məhsullarını ələ keçirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2026-cı il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmiş, sonuncunun ona qarşı şikayəti yoxdur və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; zərərçəkmiş hüquqi şəxs "xxxx" marketin direktoru Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2026-cı il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş hüquqi şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş hüquqi şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar