Məhkəmə qərarları › İş №3(5-94)-215/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-215/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-215/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanova Nuranə Rauf qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən ixrac olunan mallar üçün ödənilməli olan vəsait müvəkkil bankın hesabına daxil olmamışdır. Buna görə də Şəxs MMC barəsində 30 dekabr 2025-ci il tarixli 00100-04051/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhməkə iclasında iştirak edən QAZ TNK» MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, təqdim olanunan sənədlərdən biri müqavilə, digəri qüsur aktıdır. Müqavilənin ödəniş şərtlərinin 2.3-cü bəndində bildirmişdir ki, mallar satıcıya təhvil verilənədək, mala dəyən bütün zədələnmə və ziyan satıcıya aiddir. Bu səbəblə mal təhvil alınarkən qüsur aktı tərtib edilmiş və bu qüsur aktı məhkəməyə təhvil verilmişdir. Sahibkarlıq münasibətlərində alıcıya mal sağlam çatdırılmadığı vaxt alıcı malı geri qaytarır və kredit not verilir. Gömrük idarəsinə ətraflı açıqlama verilmiş, lakin, onlar səlahiyyətləri xaricində olduğunu və prosessual qayda olaraq işi məhkəməyə göndərmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 dekabr 2025-ci il tarixli 00100-04051/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 3112,97 ABŞ dolları vəsait hesaba köçürülməmişdir. 19 aprel 2025-ci il tarixli X3 3-33-1100/012/011765 №-li raportundan görünür ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir.ünvan 1 ünvanında qeydiyytada olan "xxxx" MMC-yə (Vöen:**********) bu barədə Bildiriş (00100/114 Elektron ünvan xx.xx.2025) məktubu göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan "Forma 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 10085.88 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan **********1480 saylı gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, ümumi 24 ədəd mebeldən 6-da qüsur aşkar edilmiş, həmin səbəbdən 3.855 ABŞ dolları məbləğində zərər müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 3112,97 ABŞ dolları vəsaitin hesaba köçürülməsinə dair hər hansı sənəd müəyyən edilmir. Eyni zamanda, inzibati xəta haqqında protokolda 3112,97 ABŞ dolları vəsaitin 2025ci ilin noyabr ayınadək köçürülməsinin təmin olunacağı qeyd edilsə də, MMC tərəfindən həmin öhdəlik yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində ödənilməli olan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti 3112,97 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində, yəni, 933,891 (doqquz yüz otuz üç dollar səksən doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq) məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar