Məhkəmə qərarları › İş №3(5-94)-2151/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2151/2026

27.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-94)-2151/2026 27.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1986-cı il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı və ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqələri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə üç icra sənədi mövcuddur, lakin o, icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun çağırışlarından yayınmış, onun barəsində axtarış elan edilmişdir. Məhkəmə iclası başlayana qədərki vaxtda borclu bildirmişdir ki, hazırda 3000 manat məbləğində ödəniş edə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, hal-hazırda tikinti işləri ilə məşğuldur. O, bildirmişdir ki, hazırda 3000 manat məbləğində ödənişi bugün edəcək, bir neçə gün sonra 1000 manat ödəniş edəcək. Təxminən üç ay sonra bütün borclarını ödəyicək. İcra sənədləri üzrə borcu ödəmək üçün imkanı olmadığından, icra məmurunun çağırışlarına getmirdi. Əməlindən peşmandır. İnzibati həbs olunacağı təqdirdə öhdəsinə götürdüyü təmir-tikinti işlərini təhvil verə bilməyəcək və borcundan heç bir ödəniş edə bilməyəcək. Halbuki, borclarını hazırkı sifarişini qəbul etdiyi təmir-tikinti işi hesabına ödəyəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, ##.##.2020-ci il tarixli, ******** saylı müqaviləyə görə 632 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 642 manat pal və 30 manat ödənilmiş dövlət rüsumu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq “xxxx” MMC-yə ödənilməlidir. İcraata başlama haqqında ##.##.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7000 manat pul vəsaiti və 90 manat dövlət rüsumunun əvəzi tutularaq X2 ödənilməlidir. İcraata başlama haqqında ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və “Mehraboğlu İnşaat” MMC-dən 6634 manat pul vəsaiti tutularaq X3 ödənilməlidir. İcraata başlama haqqında ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə İcra Şöbəsinə verdiyi yazılı izahatında maddi imkanı yaxşı olmadığından X3 olan borcundan ödəniş etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə İcra Şöbəsinə verdiyi yazılı izahatında maddi imkanı yaxşı olmadığından X2 olan borcundan ödəniş etmədiyini bildirmişdir. ##.##.2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı və ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqələrini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021ci il tarixli, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədlərinin icrasını tam olaraq təmin etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda, məhkəmə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkara 3000 manat ödəniş etməsini yüngülləşdirci hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, borcundan ödəniş etməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti və protesti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar