Məhkəmə qərarları › İş №3(5-94)-2153/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-2153/2026

28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 3(5-94)-2153/2026 28.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Hәsәnova Aygün Namiq qızının sәdrliyi, Mәhkәmә iclas katibi X4 qızının katibliyi, inzibati xәta haqqında protokolu tәrtib etmiş Bakı şәhәri Xәtai Rayon Polis İdarәsinin 37-ci Polis Bölmәsinin sahә inspektoru, R Əsәdov İlqar Aslan oğlunun barәsindә inzibati icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, ##.##.1983-cü il tarixdә Bakı şәhәrindә anadan olmuş, evli, Azәrbaycan Respublikasının vәtәndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hәmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulan inzibati xәta törәtmәsinә dair Bakı şәhәri Xәtai Rayon Polis İdarәsindәn daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә inzibati xәta törәtmәsinә dair ## #### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xәta haqqında protokol daxil olmuşdur. İnzibati xәta haqqında materialda göstәrilmişdir ki, ## #### 2026-cı il tarixdә saat 16:40 radәlәrindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәrxoş vәziyyәtdә mütәmadi olaraq yaşadığı mәnzildә ailәsini, az yaşlı övladlarını vә hәyat yoldaşını nalayiq ifadәlәrlә tәhqir etdiyi vә tәzyiq göstәrdiyi aşkar edilmişdir. Vәtәndaşı PB-ә dәvәt etdikdә o, polisin qanuni göstәrişinә mәhәl qoymayaraq polis әmәkdaşlarına qarşı tabesizlik göstәrmiş vә ona fiziki qüvvә tәtbiq edilәrәk çәtinliklә 37-ci PB-ә gәtirilmişdir. PB-dә müәyyәn olunmuşdur ki, hәmin şәxs ##.##.1983-cü il tәvәllüdlü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsdur. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatında özünü tәqsirli bilәrәk hadisәni әsәbi olduğundan törәtdiyini bildirmişdir. Əmәlindәn peşman olmasını nәzәrә alaraq barәsindә yüngül inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Mәhkәmә iclasında Xәtai RPİ 37-ci Polis Bölmәsinin sahә inspektoru, R Əsәdov İlqar Aslan oğlu izahatında bildirmişdir ki, ## #### 2026-cı il tarixdә saat 16:40 radәlәrindә Xәtai RPİ 37-ci Polis Bölmәsinin әmәliyyat qrupunda olarkәn, vәtәndaş X2 әrizә ilә müraciәt edәrәk әri Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәrxoş vәziyyәtdә mütәmadi olaraq yaşadığı mәnzildә ailәsini, az yaşlı övladlarını vә hәyat yoldaşını nalayiq ifadәlәrlә tәhqir etdiyi vә tәzyiq göstәrdiyini qeyd etmişdir. Hәmin şәxs bölmәyә dәvәt etdikdә o, polisin qanuni göstәrişinә mәhәl qoymayaraq polis әmәkdaşlarına qarşı tabesizlik göstәrmiş vә ona fiziki qüvvә tәtbiq edilәrәk çәtinliklә bölmәyә gәtirilmişdir. Bölmәyә gәtirildikdә onun Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs olduğu müәyyәn edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## #### 2026-cı il tarixdә saat 16:40da inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli */***** nömrәli sәrxoşluq hallarının bütün növlәrinin tәyini mәqsәdilә aparılan tibbi müayinә protokolundan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs orta dәrәcәli alkaqol sәrxoşluğu müәyyәn ediilmişdir; Belәliklә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәsi iş materialları vә özünün izahatları әsasında sübuta yetirilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1-ci maddәsinә әsasәn xırda xuliqanlıq, yәni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrә görә әlli manatdan yüz manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamağa görә - fiziki şәxslәr iki yüz manat mәblәğindә cәrimә edilir vә ya işin halları vә pozuntu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt hesab edilmәdikdә bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. “Polis haqqında” Azәrbaycan Respublikası Qanununun 17-ci maddәsinin 1-ci bәndinә görә hәr bir şәxsdәn cinayәtlәrә vә digәr hüquqpozmalara, şәxsiyyәt vә ictimai asayiş üçün tәhlükә törәdәn vә onlara şәrait yaradan hәrәkәtlәrә son qoyulmasını tәlәb etmәk - üzәrinә düşәn vәzifәlәrin yerinә yetirilmәsi üçün polis әmәkdaşının hüququdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 34.2-ci maddәsinә әsasәn şәxsin eyni vә ya müxtәlif vaxtlarda törәtdiyi bir neçә inzibati xәtaya dair işlәrә baxılması eyni orqanın sәlahiyyәtinә aiddirsә, hәmin işlәrә eyni vaxtda baxılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 34.3-cü maddәsinә әsasәn şәxsin eyni vaxtda öz hәrәkәtlәri (hәrәkәtsizliyi) ilә törәtdiyi bir neçә inzibati xәtaya dair işlәrә baxılması eyni orqanın sәlahiyyәtinә aiddirsә, hәmin şәxs daha ciddi xәtaya görә müәyyәn edilmiş sanksiya çәrçivәsindә tәnbeh edilir. Bu halda törәdilmiş xәtalardan hәr hansı birinә görә nәzәrdә tutulmuş әlavә tәnbehlәrdәn biri әsas tәnbehә әlavә edilә bilәr. Hәmin Mәcәllәnin 31.4-cü maddәsinә әsasәn bu Mәcәllәnin Xüsusi hissәsindә inzibati xәtanın törәdilmәsinә görә müәyyәn edilәn inzibati tәnbehin yalnız yuxarı hәddi müәyyәn edildikdә, tәtbiq edilәn inzibati tәnbeh onun yuxarı hәddinin dörddә birindәn az ola bilmәz. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn hal kimi әmәlindәn peşman olması müәyyәn edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hazırkı inzibati xәtanı sәrxoş vәziyyәtdә törәtmәsini onun mәsuliyyәtini ağırlaşdıran hal olaraq qiymәtlәndirir. Mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә hәmin xәtalardan daha ciddi xәtanın sanksiyası hәddindә, yәni Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsinin sanksiyası çәrçivәsindә tәnbeh edilmәlidir. Mәhkәmә barәsindә tәtbiq edilәcәk inzibati xәtanın növünü müәyyәn edәrkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini, xәtanın xarakteri, onun tәqsirinin dәrәcәsi, mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran halı nәzәrә alır vә hesab edir ki, İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk İnzibati Xәtalar Mәcәllәsinin 34.3-cü maddәsinә әsasәn barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsindә nәzәrdә tutulan hәbs inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi mәqsәdәmüvafiqdir. İnzibati hәbs tәnbeh tәdbirinin әvvәli tutulduğu ## #### 2026-cı il tarixdәn hesablanmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDİM: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 34.3-cü maddәsinә әsasәn daha ciddi xәtaya görә İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsindә nәzәrdә tutulan 10 (on) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilsin. İnzibati hәbs müddәtinin әvvәli ## #### 2026-cı il tarixdәn saat 16:40-dan hesablansın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi tәrәfindәn müәyyәn edilәn yerdә mühafizә altında saxlanılsın. Qәrarın surәti tәqdim edildiyi vә ya alındığı gündәn 10 (on) gün müddәtindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 129-cu maddәsindә müәyyәn edilmiş qaydada Bakı Apellyasiya Mәhkәmәsinә şikayәt verilә bilәr. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar