Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-219/2026 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxxx 1990-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09 yanvar 2026-cı il tarixdə, saat 19:58-də ünvan 2 ünvanında saxlanılaraq üstü yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik ot kütləsi olan 01 ədəd şəffaf rəngli kiçik sellofan torbada çəkisi 4,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmçinin, keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən götürülmüş test nümunəsində narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinin sahə inspektoru, X4 tərəfindən 12 yanvar 2026-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən bir bükümdə narkotik vasitə olan marixuana aşkar edilmiş və 35-ci PŞ-nə gətirilmişdir. Narkotik vasitənin bir qədərini də saxlanılmamışdan öncə qəbul etdiyi üçün sidiyində də narkotik vasitə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni isə daha sonra istifadə etmək üçün üzərində daşımışdır. Saxlanılan zaman ona hər hansı fiziki-psixi təzyiq, pis rəftar olunmamışdır. Əlilliyi və ya hər hansı fiziki məhdudiyyəti yoxdur. Qeyri-rəsmi nikahda olduğu qadınla və həmin qadından olan azyaşlı uşaqları ilə birlikdə yaşayır. Əməlindən səmimi peşmandır və barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Eyni zamanda iş materiallarında olan izahatında da Şəxs törətmiş olduğu inzibati xəta əməlini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinin sahə inspektoru, X5 izahatında göstərdi ki, inzibati protokol Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinin sahə inspektoru, X4 tərəfindən tərtib edilmişdir. Belə ki, Şəxs saxlanılaraq üstü yoxlanılmış, üzərindən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmçinin, keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən götürülmüş test nümunəsində narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Şəxs əməlindən peşman olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs...” yazısı və imzalar olan kağız paketi 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Eyni zamanda, xx.xx.2026-cı il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alınmış sidikdən alınmış test nəticəsi müsbət (pozitiv) müəyyən olunmuşdur. Belə ki, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 11 yanvar 2026-ci il tarixli 1/421 №-li protokolundan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “THC” və “MET” maddələri aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs 09 yanvar 2026cı il tarixdə, saat 19:58-də şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2026-cı il tarixdə isə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.20226-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan X6 Hüquqi şəxsinin Ambulator X1 12 yanvar 2026-ci il tarixli 232 №-li rəyindən görünür ki, Şəxs Kannbinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini, xüsusilə şəxsin narkotik vasitəni istifadə etdikdən sonra yenidən üzərində az miqdarda narkotik vasitə daşımasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2026-cı il tarixdə, saat 19:58-də saxlanılmışdır. AR İXM-nin 89.5-ci maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh kimi tətbiq edilmiş həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni, şübhəli şəxs qismində tutulduğu xx.xx.2026-ci il tarixdən, saat 19:58-dən hesablanmalıdır. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,69 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4,64 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, məhkəmə-bioloji ekspertizasının xərci olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Beləliklə, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, onun xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 09 yanvar 2026-cı il tarixdən, saat 19:58-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Tədqiqata sərf olunduqdan sonra qalıq qalmış Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerində saxlanılan 4,64 qram narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-219/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-219/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver