Məhkəmə qərarları › İş №3(5-94)-268/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-268/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-268/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, X1 DİN BYDPİ tərəfindən EQ/31938047 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə X5 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb olunmasına dair xx.xx.2025-ci il tarixli EQ 31920215 saylı qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ZaminBank ASC-dən götürülmüş kredit vəsaiti hesabına alınmışdır və avtonəqliyyat vasitəsi banka girov qoyulmuşdur. Bir müddət sonra kredtik öhdəliyini yerinə yetirə bilmədiyi üçün avtonəqliyyat vasitəsini banka təhvil vermişdir. Lakin bank onun kredit öhdəliyini bağlamaq əvəzinə avtonəqliyyat vasitəsini başqa şəxsə verməklə kredit öhdəliyini başqa şəxslərə həvalə etmişdır. Nəticədə də həmin şəxslər banka heç bir vəsait ödəməmişdilər. Şikayətçinin bank qarşısında öhdəliyi qalmışdır və **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi şikayətçinin mülkiyyətindədir. Lakin dəfələrlə müraciət etsə də nə bank əməkdaşları, nə icra şöbəsi nə də DYP əməkdaşları həmin avtonəqliyyat vasitəsini tapıb ona təhvil vermirlər. Baxmayaraq həmin nəqliyyat vasitəsi sərbəst şəkildə, sənədsiz idarə olunur. Dediklərinin sübutu kumi, **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə qısa müddət ərzində davamiyyətli olaraq yol hərəkəti qaydaları pozulur və pozulmaqdada davam edir. Bununla bağlı AR DİN 102 xidmətinə dəfələrlə müraciət etmişdir və müraciəti hər dəfə qeydiyyata alınsa da bu günə kimi nə nəqliyyat vasitəsi mülkiyyətinə qaytarılır, nə də nəqliyyat vasitəsinin qanunsuz istifadə edərək yol hərəkəti qaydalarını pzoan şəxs tapılaraq məsuliyyətə cəlb olunmur. Bu vəziyyətdən sui-istifadə edən şəxs qanunsuz olaraq mülkiyyətində olan nəqliyyat vasitəsini hüquqmüəyyən edici sənədlər olmadan idarə edərək, sanki bilərəkdən yol hərəkəti qaydalarını pozmaqda davam edir. Baxmayaraq ki, həmin qayda pozuntuları və ən əsası da harda törədilməsi xüsusi vasitələrlə qeydə alınır, lakin nədənsə nəqliyyat vasitəsi saxlanılması istiqamətində tədbirlər görülmür. Bu səbəbdən də tərtib olunmuş elektron protokollar şikayətçinin adına tartib olunur və nəticə etibarilə barəsində inzibati məsuliyyətə cəlb olunma haqqında qərarlar qəbul olunur. Baxmayaraq ki, hadisənin başqa şəxs tərəfindən törədilməsi bəlli olsa da məsuliyyət şikayətçinin üzərində qalır və hətta sürücülük hüquqununun məhdudlaşdırılması təhlükəsi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə X2na və Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilsə də, X2 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə X1 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair DİN BYDPİ tərəfindən EQ/31938047 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin Mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında EQ/31938047 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 14:03-də “Opel Vectra” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin icraatında olmuş X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-11179/2025 saylı xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin vətəndaşa ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşın müraciətinə əsasən “Opel Vectra” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq mühafizə duracağına yerləşdirilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi xx.xx.2025-ci il tarixli qərarın ləğvini xahiş etsə də, iş materiallarından görünür ki, qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Odur ki, məhkəmə həmin hala texniki səhv olaraq qiymət verilməsini zəruri hesab edir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində DİN BYDPİ tərəfindən EQ/31938047 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış, avtomobilin X2 tərəfindən idarə edilməməsi nəzərə alınmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, DİN BYDPİ tərəfindən EQ/31938047 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. DİN BYDPİ tərəfindən EQ/31938047 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar