Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-27/2026 14.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32981574 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə, müəyyən etdi: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cı il tarixli, EQ seriyalı, 32981574 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cı il tarixli, EQ seriyalı, 32981574 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1 maddəsinə əsasən İXM-nin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki X1 qeydiyyatda olduğu ünvan Ağdam rayonu, Qərvənd Ə.D, Baş Qərvənd kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cı il tarixli, EQ seriyalı, 32981574 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Ağdam rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cı il tarixli, EQ seriyalı, 32981574 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-27/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-27/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver