Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-343/2026 16.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı həmin maddə onun sidiyindən aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin polis sahə rəisi polis kapitanı X5 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Vətən Müharibəsinin iştirakçısı olub, qazidir. Əməlindən səmimi peşmandır. O, narkotik vasitələrdən istifadə etmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Sual-cavab zamanı o bildirmişdir ki, narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. O, Bakı şəhəri Xətai rayonu Məhkəməsi tərəfindən iki dəfə; Suraxanı rayonu Məhkəmələri tərəfindən bir dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X5 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Şəxs Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və şəxsiyyətinin müəyyən edilməsi üçün polis şöbəsinə dəvət edilmişdir. Daha sonra Şəxs narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmışdır. Müayinə nəticəsində həmin şəxsdə narkotik maddədən istifadə edilməsi aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə xx.xx.2026-cı il tarixli, 133 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən TML+, MET+, THC+, MOP+, PGB+, MTD+ adlı maddələr aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolojı X9 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Şəxs Məmmədəmin oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs Məmmədəmin oğlu xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 13:57-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs narkolojı müayinədən keçirildi, narkotik vasitə istifadə etməsi müəyyən edildi. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. “Azemis” Elektron-İnformasiya Sisteminin məlumatlarından görünür ki, Şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-609/2023 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2-ci maddələri ilə hökm çıxarılmışdır. Bundan başqa, onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-373/2022 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hökm çıxarılmışdır. Bundan başqa, onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(010)- 196/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hökm çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Xəlilov X2 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 yanvar 2026-cı il tarixdən saat 13:57-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyatına alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №3(5-94)-343/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-343/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver