Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-4/2026 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 18 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı hazırkı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 29 iyul 2025-ci il tarixli, EQ seriyalı 29576047 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, nəqliyyat vasitəsini 20 fevral 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək o idarə etmişdir. İdarə etdiyi zaman heç bir cəriməsi olmamış, pozuntu törətməmişdir. 29 iyul 2025-ci il tarixdə barəsində 18 protokol tərtib edilmişdir. Həmin protokollardan xəbəri olmamışdır. Buna görə polisə müraciət etmişdir. Ona məktub gəlməmişdir. Qeyd olunanlara əsasən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə protokol və əlavə edilmiş sənədələr səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilərək tərtib edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın sonrakı günü şəxsin əməlində İXMnin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 16 yanvar 2026-cı il tarixli, № 74 məktubundan görünür ki, “AZƏRMAŞ LİZİNQ " MMC ilə X2 arasında bağlanmış AZL- 4830 SAYLİ daxili lizinq müqaviləsinə əsasən müvəqqəti istifadəyə verilmişdir. Lizinq alan X1 CHEVROLET ONİX PREİMER markalı, 90YE418 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına etibarnamə xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək Şəxs verilmişdir. Həmçinin məhkəmə iclasındakı izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xətai RPİ tərəfindən ona hər hansı məktub çatdırılmadığını bildirmişdir. Göründüyü kimi Şəxs əməlində inzibati xəta tərkibi yaranmamışdır. Hazırki halda inzibati xəta tərkibinin yaranması üçün şəxsin ilkin inzibati xəta hadisəsi barədə məlumatlı olması, habelə əməlin onun tərəfindən törədilməsi tələb olunur. Əks hal şəxsin obyektiv təqsirləndirilməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-4/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-4/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver