Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-438/2026 30.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Zərərçəkmiş şəxs X27 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X21 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X21 tərəfindən tərtib edilmiş 15 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il il tarixli, Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəki Rayon Məhkəməsinin e- 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 78/2020 saylı, xx.xx.2020-ci il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-332/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə tələb borclu tərəfindən tam şəkildə təmin edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X47 hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən dəymiş zərərin əvəzi olaraq ümumilikdə 315.630 manat pulun cavabdeh Şəxs MMC-dən tutularaq iddiaçı X32, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın alınaraq Məhkəmə Ekspertiası Mərkəzinə ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun "xxxx" ASC-də olan hesabına 22101.10 manat həcmində həbs qoyulmuşdur. İcra məmuru tərəfindən borclunun direktoru X48 xx.xx.2025-ci il tarixdə çağırış vərəqəsi göndərilmişdir. İcra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxsin direktoru X39 barəsində axtarış elan edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin direktoru X48 cinayət məsuliyyətinə cəlb olunması haqqında yazılı xəbərdarlıq edilmişdir. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun banklarda olan hesbalarının və hesablarında olan pul vəsaitinin üzərinə 337.724,10 manat həcmində həbs qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-332/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2(075)-1952/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X4 cavabdeh "xxxx" MMC-nə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın "A4" blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair iddiaçı X12 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilsin və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(107)-332/2024 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(102)- 2057/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-332/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən məhkum X22 barəsində 11 noyabr 2020-ci il tarixdə çıxarılmış hökm üzrə qərara alınmışdır: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m² olan 3 otaqlı 9 saylı mənzil <<Hom-Paş Prestij» MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X3 və istifadəsinə təhvil verilsin. "xxxx" MTK ve MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC-yə X31 Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binalarından birindən sahəsi 124,7 m² olan 3 otaqlı mənzillə təmin etmək vəzifəsi həvalə olunsun. Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunun ünvan 4ərtəbəsində, 16,50m uzunluğu, 15,50m eni,3,20 metr hündürlüyü olan 60 kv metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5x15,5-255-60-195) cəmi 195kv m qeyri yaşayış sahəsi, A 1 blokunun Xocalı prospekti boyu 2-ci mərtəbədə yerləşən 16,50 m uzunluğu, 26m eni 3 m hündürlüyü olan 60 kv m yardımçı sahələri çıxmaq şərti ilə (16,5x26-429-60-369) cəmi 369 m² qeyri-yaşayış sahəsi, A 1 blokunun 3cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 556 m², tam mərtəbə hissəsinin, A 1 blokunun 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 556 m², tam mərtəbə hissəsi <Hom-Paş Prestij» MTK və xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən həmin qeyri-yaşayış sahələri X1 və istifadəsinə təhvil verilsin. Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 m² olan mənzil "xxxx" MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X2 və istifadəsinə təhvil verilsin. Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A-1 blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 122 m² olan mənzilin «Hom-Paş Prestij>> MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X17 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilsin. Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A-1 blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136.1 m² olan mənzilin <<Hom- Paş Prestij» MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X9 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilsin. İşdə olan xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən "xxxx" MTK tərəfindən X23 adına verilmiş xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, əvəzində ona C blokunun 20-ci mərtəbəsində yerləşən 106 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin "xxxx" MTK ve MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş İnter MMC tərəfindən X23 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən "Hom-Paş Prestij MTK tərəfindən X13 adına verilmiş xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, əvəzində ona C blokunun 17-ci mərtəbəsində yerləşən 106 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin "xxxx" MTK və MTK ile xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "İnter MMC terefinden X13 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi temin edilsin. İşdə olan xx.xx.2017ci il tarixli müqavilənin surətinə əsasən "Hom-Paş Prestij MTK tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X7 övladı X24 adına yazılmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, əvəzində ona C blokunun 6-cı mərtəbəsində yerləşən 154 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin "xxxx" MTK ve MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlerin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X24 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2017-ci il tarixli müqavilənin və xx.xx.2017-ci il tarixli 2(011)-10443/2017 N№-li X28 ilə "xxxx" MTK və "xxxx" MMC arasında olan barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın surətlərinə əsasən X18 "xxxx" MTK tərəfindən satılmış 123,4 m² sahəsi olan mənzilə dair xx.xx.2013- cü il tarixli müqavilənin ləğv edilərək sonuncuya C blokunun 17-ci mərtəbəsindən 154 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin "xxxx" MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürrnüş "xxxx" MMC tərəfindən X14 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən "Hom-Paş Prestij MTK tərəfindən X15 adına verilmiş xx.xx.2008 və xx.xx.2018-ci il tarixli müqavilələrin ləğv edilməsi, əvəzində ona C blokunun 15-ci mərtəbəsindən 76 m² və 18-ci mərtəbəsində 76 m² sahələri olan iki ədəd mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin <<Hom-Paş Prestij» MTK və MTK ile xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X15 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən "xxxx" MTK tərəfindən X25 adına yazılmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, əvəzində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X41 C blokunun 17-ci mərtəbəsindən hər biri 75,9 m² olan iki ədəd mənzilin verilməsi nəzərə alınsın və həmin mənzillərin "xxxx" MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X33 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2017ci il tarixli müqavilənin surətinə əsasən "Hom-Paş Prestij™ MTK tərəfindən üç otaqlı, 136,1 m² yaşayış sahəsi üçün X26 verilmiş xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, əvəzində binanın C blokunun 14-cü mərtəbəsində yerləşən 154 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin <Hom-Paş Prestij» MTK ve MTK ile, xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X19 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən üç otaqlı, 122 m² yaşayış sahəsi üçün X20 verilmiş xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, əvəzində binanın C blokunun 13-cü mərtəbəsində yerləşən 154 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin "xxxx" MTK və MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən X16 mülkiyyətinə, sahibliyinə və istifadəsinə təhvil verilməsi təmin edilsin. İşdə olan xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən "xxxx" MTK tərəfindən X52ün adına yazılmış A 1 blokunun 11-ci mərtəbəsindəki 82,7 m² sahəsi olan mənzilə dair xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, əvəzində zərərçəkmiş şəxsin hüquqi varisi X42 anası Nəcəfova llahə Zülfüqar dizinin adina C blokunun 14-cü mərtəbəsində yerləşən 76 m² sahəsi olan mənzilin verilməsi nəzərə alınsın və həmin mənzilin "xxxx" MTK va MTK ilə xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X34 qarşı müqavilənin ləğv olunması» tələbinə dair ilkin iddiası təmin edilmiş, "xxxx" MMC ilə X49 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ləğv olunmuş, iddiaçı X29 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 (altmış yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq X34 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunmaması ilə bağlı məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən borclu "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə, borclunun direktoru X48 xx.xx.2025-ci il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X43 ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın "A4" blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilməlidir və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X30 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. İcra vərəqəsinin icrasının təmini olaraq icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə borclu "xxxx" MMC-nin direktoru X39 ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. İcra məmurunun xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarı ilə borclu "xxxx" MMC-nin direktoru X39 barəsində axtarış elan edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə borclu "xxxx" MMC-nin direktoru X39 izahatı alınmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən "A-1" binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan mənzillər iddiaçı X10 təhvil verilmiş, "İnter” MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən "A-1" binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan iddiaçı X11 təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilən icra vərəqələri borclu tərəfindən icra edilməmişdir. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Şəxs MMC icra vərəqələrini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi hüquqi şəxs Şəxs MMC icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmiş, qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(5-94)-438/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-438/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver