Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-487/2026 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli EQ 33204504 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2026-cı il tarixli EQ 33204504 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən X2 ərizə təqdim edərək izahatında göstərmişdir ki, protokol və onun əsasında qərar oğlu X3 barəsində tərtib edilsə də, hadisəni özü törətmişdir. Əslində onun barəsində qəbul edilməli idi. Bu səbəbdən şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətçi X2 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli EQ 33204504 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-487/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-487/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver