Məhkəmə qərarları › İş №3(5-94)-642/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-642/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-642/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati cərimənin tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN0031592 saylı qərardan X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Bu səbəbdən toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli inzibati cərimənin tətbiq edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-dən 3-14-5/2-88692/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla sənədlərin 7 (yeddi) iş günü müddətinə tələb olunsa da, tələb olunan sənədlər təqdim edilməmişdir. Nəticədə "xxxx"MMC-nin direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material toplanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati cərimənin tətbiq edildiyi **********1 VÖEN-nə sahib hüququi şəxs “Eltalon-S MMC-ə dair “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxsin qeydiyyat ünvanı AZ1118, ünvan 1ndan əlavə, “Eltalon-S MMC-nin barəsində eyni inzibati xəta haqqında iş üzrə 3(5-99)-35/26 nömrəli iş hazırda Nizami rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Belə olan halda, inzibati xətanın törədildiyi yer hüquqi şəxsin hüquqi ünvanı hesab edilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda prosessual qənaət prinsipi və hüquqi şəxsin faktiki qeydiyyat ünvanı nəzərə alınaraq hüquqi şəxsin vəzifəli şəxsinin – direktorunun şikayətinə müvafiq olaraq hüquqi şəxsin qeydiyyat ünvanı üzrə (eyni zamanda, istinad edilən inzibati xətanın törədildiyi yerdə) Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin şikayətçinin direktoru olduğu, inzibati cərimənin tətbiqinə əsas verən "xxxx" MMC-nin qeydiyyat ünvanı üzrə baxılmalı olduğunu, "xxxx" MMC-nin faktiki ünvanının ünvan 3rə alaraq hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: “Eltalon-S MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar