Məhkəmə qərarları › İş №3(5-94)-716/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-716/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-716/2026 26.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlu, X4 haqqında İXP ******* nömrəli protokola əsasən 20 yanvar 2026-cı il tarixli qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 haqqında İXP ******* nömrəli protokola əsasən 20 yanvar 2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 12 yanvar 2026-cı il tarixdə saat 07:48 radələrində Rahib Məmmədov küçəsi ilə irəliyərkən qarşısında eyni istiqamətsə gedən “Changan “ markalı minik avtomobili piyada keçid zolağında anidən əyləci sıxmışdır, “Hyundai” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı etibarnamə ilə özünün idarə etdiyi avtomobillə qarşı tərəfdəki avtomobilə toxunmuşdur. Toxunmadan sonra avtomobildən enərək qarşı tərəflə danışıqlara başlamışdır. X3 öz mobil nömrəsini qarşı tərəfə təqddim etmişdir, qarşı tərəfə dəyən zərəri ödəyəcəyini söyləmişdir.Tərəflər öz aralarında razılığa gələrək hadisə yerindən uzaqlaşmışlar.13 yanvar 2026-cı il tarixdə X1 Baş Dövlət Yol Polisi İdarəsindən zəng gəlmiş,idarəyə şağırılmışvə 200 manat pul tələb olunmuşdur. Lakin pulu vermədiyi üçün İXM 327.6-cı maddəsiə əsasən 20 yanavr 2026-cı il tarixli SMS radar vasitəsiylə cərimə protokolu göndərilmişdir. Odur ki, İXP7757377 nömrəli protokola əsasən 20 yanvar 2026-cı il tarixli X4 Haqqında Qərarın ləğv edilərək inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin şikayətinə və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində şikayət verilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən əsas sübut olan inzibati xəta haqqında protokol və qərar iş materiallarına əlavə edilməmişdir Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətə mübahisələndirilən müvafiq qərar əlavə edilmədiyindən, baxılması mümkün deyil. Ona görə də şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın.Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar