Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-730/2026 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 28 avqust 1988-ci ildə anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X2 (FİN 2FE8HZY; VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən X2 barəsində İXM-in 428.10-cu maddəsi ilə 12 noyabr 2025-ci il tarixdə, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən X2 ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə “nail_art_arzu88 adlı “tiktok və instagram” sosial şəbəkəllərində “CYD” adlı məhsuların İSO sertifikatının olması barədə həqiqətə uyğun olmayan reklam verilmişdir. Beləliklə, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 428.10-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında bildirdi ki, “Dimond pro” seriyasından olan gellər ilə işləyirmiş. “Tik-Tok” səhifəsində canlı yayım açaraq izləyici kütləsi yığmağa, müştəriləri ilə öz əl işi ilə cəlb etməyə və işlətdiyi keyfiyyətli məhsulları göstərərək müştərilərin inamını qazanmağa çalışırmış. İki il Diamond pro seriyası ilə işlədikdən sonra şirkətin Çin istehsalı məhsullar təqdim etməyə başladığını görmüş və müştərilərədən şikayətlər daxil olmuşdur. Lakin, şirkət ilə əlaqəyə keçib məhsullar haqqında ətraflı məlumat almaq istəsə də mümkün olmamışdır. Gellər barəsində ətraflı məlumatı olmamış, ziyanverici xüsusiyyətlərini də bilməmişdir. Bu səbəbdən də özünü təqsirli bilmir. O, həmin məhsulların sertifikatının olmamasını bilməmişdir. Belə ki, həmin məhsullardan özü də ziyan görmüşdür. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Tik-tok” və “instagram”sosial şəbəkəsində “nail_art_arzu88” adlı səhifədə X3 tərəfindən “İSO” sertifikatı olmayan gellər reklam edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə olunur. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər vardır. Bunları təsdiq edən sübut toplanmışdır. Şəxsin inzibati xətanı törətdiyi vaxt, törətdiyi xətadan xəbərinin olmaması onu məsuliyyətdan azad edən səbəb sayılmır. Reklam haqqında AR Qanununun 4.3-cü maddəsinədə qeyd edilmişdir ki, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Göründüyü kimi, X3 tərəfindən “İSO” sertifikatı olmayan gellər reklam edilərkən lisenziyalaşdırılma, sertifikatlaşdırılma üçün məcburi tələb olan müvafiq təsdiqləyici sənədlər təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Beləliklə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-ci maddəsinə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. AR İXM-in 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, X2 barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X2 (FİN 2FE8HZY; VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-730/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-730/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver