Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-791/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs RGTK9228488B201 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 21813,77 manat əsas, 797,74 manat faiz olmaqla, ümumilikdə 22611,51 (iyirmi iki min altı yüz on bir manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti və tələbkar tərəfindən ödənilmiş 157,83 (yüz əlli yeddi manat səksən üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi üzrə tələb təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, 23 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs Kamandar oğlundan RGTK92288432 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 21813,77 manat borcun tutulması, o cümlədən 22611,51 (iki min altı yüz on bir manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tələbkar tərəfindən ödənilmiş 157,83 (yüz əlli yeddi manat səksən üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs Kamandar oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmiş, 16 iyun 2025-ci il tarixdə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş verilmişdir. Lakin icra sənədi üzrə tələb təmin edilməmiş, borclunun yerinin müəyyən olunması üçün axtarış elan olunmuş, 23 yanvar 2026-cı il tarixdə müəyyən olunaraq icraya təhvil verilmişdir. Borclu borcunu ödəyəcəyini bildirsə də, konkret olaraq nə vaxt ödəyəcəyini bilmir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, "xxxx" ASC-yə 22611,51 manat borcu yaranmışdır. Əvvəllər polis əməkdaşı olmuş, lakin işdən xaric edilmişdir. Əməliyyat-axtarış zamanı yol verdiyi pozuntulara görə işdən azad olunmuşdur. Hazırda işsizdir. Subaydır. Bütün maddi ehtiyacları qardaşı tərəfindən qarşılanır. Heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi üçün vaxt verilməsini istəyir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* nömrəli, 23 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs 22769,34 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilmiş, cavabdeh Şəxs RGTK9228488B201 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 21813,77 manat əsas, 797,74 manat faiz olmaqla, ümumilikdə 22611,51 (iyirmi iki min altı yüz on bir manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”Kapital Bank” ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 157,83 (yüz əlli yeddi manat səksən üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs tutularaq iddiaçı ”Kapital Bank” ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, e-2(011)-1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs e-2(011)-1502/2025-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə Şəxs təqdim edilmişdir. 16 iyul 2025-ci il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır, vətəndaşların məhkəmə sisteminə inamını azaldır, kifayət qədər yüksək məbləğdə (22611,51 manat) məbləğində pul vəsaitinin tələbkara ödənilməsinə maneə yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Belə ki, inzibati xətanı törədən şəxs məhz pul vəsaitinin ödənilməsi ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Məhkəmə həmçinin inzibati məsuliyyətə cəlb edilən şəxsin iki il ərzində ictimai faydalı əməklə məşğul olmağa yönəlik hərəkətlər etməməsini, habelə icra məmurunun tələblərini icra etməkdən yayınmasını, nəticədə xx.xx.2025-ci il tarixdən bu günədək axtarışda olmasını tənbeh tədbirinin növünü tətbiq edərkən nəzərə alır. Beləliklə, məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, bu hərəkətlər nəticəsində 22611,51 manat məbləğində borcun ödənilməsinə maneə yarandığını, onun təqsirinin dərəcəsini və şəxsiyyətini habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 23 yanvar 2026-cı il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-791/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-791/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver