Məhkəmə qərarları › İş №3(5-94)-826/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-826/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-826/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xətai Rayon İcra şöbəsinin icra məmuru X19, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və onun etibarnamə üzrə nümayəndəsi – atası Fazil Allazovun iştirakları ilə, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X26 tərəfindən icra sənədinin icrası ilə bağlı X3 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Sabunçu rayon Məhkəməsinin 16(008)-406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, 3 uşağın saxlanılması üçün X4 hər ay 0.50 misli həddində aliment tutularaq X11 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon İcra Şöbəsinin icra məmuru X26 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq 3 uşağın saxlanılması üçün X4 hər ay 0.50 misli həddində aliment tutularaq X11 ödənilməsi qeyd edilmişdir. Hazırki vaxta, yəni, xx.xx.2026-cı il tarixədək borcun məbləği 1600 manat təşkil edir. X3 xx.xx.2026-ci il tarixdə borc üzrə 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş X10 izahatında bildirdi ki, heç bir yerdə işləmədiyi üçün aylıq 600 manat məbləğində müəyyən edilmiş alimenti ödəməyə maddi imkanı çatmamışdır. Lakin, 200 manat məbləğində ödəniş etmişdir. Yaxın müddət ərzində yenidən ödənişlər edəcəkdir. Məhkəmənin icra sənədinin icrasından yayınmamışdır və yayınmaq fikri də yoxdur. Sadəcə olaraq, heç bir yerdə işləmədiyi üçün nəzərdə tutulmuş borcu tam ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş X7 nümayəndəsi atası Allazov Fazıl eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən tələbkar izahatında X14 borclu tərəfindən aliment məbləğinin ödənilməməsi nəticəsində azyaşlı uşaqların xərclərini qarşılamaqda çətinlik çəkdiyini qeyd edərək, borclu tərəfindən yalnız ümumi borcdan 200 manat məbləğin ödənildiyini bildirmişdir. Alimentin ödənilməməsi ilə əlaqədar X6 məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabunçu rayon Məhkəməsinin e-16(008)-406/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X5 xx.xx.2025-ci il tarixdən başlayaraq birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X17 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutularaq X11 ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə 20 oktyabr 2025-ci il tarixli e-16(008)-406/2025-010 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, aliment borcu üzrə 200 manat məbləğində pul ödənilmişdir. Qeyd edilən məbləğin ödənilməsi həm tələbkarın, həm də borclunun izahatları, həmçinin, iş materialları ilə öz təsdiqini tapır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, borclu X12 icra sənədi üzrə müəyyən qədər, 200 manat məbləğində ödəniş etmişdir və ödənişlərə davam edəcəyi barədə izahat vermişdir. Eyni zamanda, iş materiallarından görünür ki, X13 işləmir və onun mülkiyyətində hər hansı əmlak yoxdur. Belə olduğu təqdirdə şəxsin üzrsüz səbəbdən icra sənədini icra etməməsi halı müəyyən olunmur və onun əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. AR İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-in 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X8 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X8 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X26 tərəfindən İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 yanvar 2026-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar