Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-871/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Vəzifəli şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının 202 saylı xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Vanq Tau küçəsində 6 saylı binanın yaxınlığında cizgidə 18 kv.m. sahəsi olan məntəqə sökülərək təqdim edilmiş layihə eskiz əsasında tikilib inşa edilməsi məqsədi ilə onun istifadəsinə verilmişdir. Ona ayrılmış yerdə İcra hakimiyyəti ilə razılaşdırılmış eskiz-layihə əsasında məntəqə inşa etmişdir. O zaman məntəqəni işlətmək üçün onun maddi imkanı olmaması səbəbindən bir müddət başqa-başqa şəxslərə icarəyə vermişdir. Buna baxmayaraq o, daimi məntəqənin təyinatla uyğun işlədilməsinə nəzarət etmişdir. Məntəqədə adətən qəlyanaltı məhsulların, az miqdarda sifariş əsasında kabab məhsullarının bişirilib satılması ilə məşğul olur. Məntəqə ətrafdakı evlərdən xeyli aralıda yerləşir və bu vaxta kimi binalardakı sakinlərin narazıçılığı olmamışdır. Lakin sonradan başqa bir binanın sakini icarəçilərlə yola getməmiş və şikayət etmişdir. Ona görə də icarəçilər onunla müqaviləni xitam edərək getmişlər. Qeyd etməlidir ki, onun başqa gəlir yeri olmadığı üçün o, təkrar məntəqəni işlədə biləcək icarəçilər axtarsa da, tapmamışdır. Ona görə də 2025-ci ilin dekabr ayında o, ailəsini saxlamaq üçün məcbur olub məntəqəni işlətmişdir. Bununla əlaqədar o, VÖEN almış və məntəqəyə kassa aparatı alınması üçün Vergilər İdarəsinə müraciət etmişdir. O, məntəqəni qısa müddətdə işlətdiyi vaxtda bu vaxta kimi hər gün az sayda, yəni 6-10 nəfər gələrək özünə yemək sifariş etmişdir. O, məntəqəni tam gücü ilə işlədə bilməmişdir. 29 dekabr 2025-ci il tarixində özünü müfəttiş kimi təqdim edən, lakin həmin vaxtı ona heç bir sənəd təqdim etməyən X3 “Kabab-City” iaşə məntəqəsinə gələrək güya sakinlərin şikayət etdiyini bildirmiş və hansısa bir cihazla 10 metr məsafədə baxmış və bildirmişdir ki, güya işlətdiyi məntəqədə ətraf mühitin çirkləndirilməsi və ətraf mühitin yol verilən normadan artıq olduğunu bildirmiş və bu barədə 29 dekabr 2025-ci il tarixində AKT № 604/29 tərtib etmişdir. Eyni zamanda həmin vaxt, yəni 29 dekabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol MN № ******* 389/xx.xx.2025 saylı tərtib etmişdir. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin Ç-BM/2626-006 saylı xx.xx.2026-cı il tarixli məktubu ilə onu idarəyə dəvət etmişlər və tərtib edilmiş protokolun araşdırılmasında iştirak etməyini bildirmişlər. Qeyd edilən vaxtda o, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Sərvətlər İdarəsində aparılan araşdırma zamanı ona bildirilmişdir ki, 45 gün müddətində Məntəqə- İaşə obyektində nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir. Ona görə də o, MİLECO firması ilə müqavilə bağlamış və firma qısa müddətdə İctimai iaşə obyektlərində təmizləyən qurğuların quraşdırılmışdır. Bu barədə ona xx.xx.2026-cı il tarixində “FİES FİLTRE SİSTEMLƏRİ SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ” tərəfindən “CERTİFİCATE” verilmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Sərvətlər İdarəsi ona vaxt verdiyi 45 günlük müddəti gözləmədən xx.xx.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərarla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan xətanın törədilməsi adı ilə onu 2500 manat cərimə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Sərvətlər İdarəsi tərəfindən cərimə edilməyi tamailə əsasızdır və onun fəaliyətinə uyğun deyildir. Belə ki, əvvəllər məntəqədə onun fəaliyyəti çox az müddətdə olmuşdur. İkincisi onun sahibi olduğu məntəqədə atmosferi çirkləndirilməsi üçün təhlükəli deyildir. Hətta bir avtomaşının atmosferə buraxdığı çirkli maddələrdən bir neçə dəfə aşağıdır. Qeyd etməlidir ki, onun məntəqəsində bişirilən yeməklərin həcmi çox aşağıdır. Ona görə də onun məntəqəsində atmosferin çirklənməsinə təsir edə biləcək hal yoxdur. Həmçinin, inzibati akt tərtib edildiyi xx.xx.2025-ci il tarixindən məntəqə içtimai iaşə obyektinə Təmizləyici cihazın quraşdırılmasına kimi, yəni xx.xx.2026cı ilə kimi fəaliyyət göstərməmişdir. Bu hal ona dəlalət edir ki, o, daimi qanunvericiliyin tələblərinə əməl etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində barəsində qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin obyekti hadisədən bir həftə əvvəl işlətməyə başlamışdır. Əvvəllər həmin yeri başqa şəxslərə icarəyə vermiş və daha sonra qonşularla söz-söhbətləri olduğu üçün onunla bağlanmış müqaviləyə xitam vermişlər. Həmçinin qonşular həmin icarəçilərdən şikayət etmişlər. Səlahiyyətli orqanın nümayəndəsi onunla əlaqə saxlayaraq barəsində 2500 manat məbləğində cərimə tətbiq olunacağını bildirmiş və onu İdarəyə dəvət etmişdir, gəlmədiyi təqdirdə cərimənin 4000 manat olacağını demişdir. Hadisə zamanı obyektdə hava təmizləyən qurğu olmamışdır, yoxlama aparıldıqdan sonra həmin qurğu quraşdırılmışdır. Həmin obyekt yeni açıldığından orada çox müştəri olmamışdır, hətta yoxlama zamanı da əməkdaşlar uzun müddət gözləmişlər ki, müştəri gəlsin ölçü aparsınlar. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək vəzifəli şəxs X4 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirməklə, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2025-ci il tarixli, 004097 nömrəli aktdan görünür ki, “Halal Dürüm” obyektindən təxminən 500 metr məsafədə Gəncə prospektində fəaliyyət göstərən “Kabab City” iaşə obyektində nümayəndə Nazim Abbasovun iştirakı ilə monitorinq keçirilmişdir. Obyektə baxış müddətində manqaldan istifadə edildiyi, lakin qaz-toztutucu qurğunun quraşdırılmadığı müəyyənləşmişdir. Obyektin manqalxanası fəaliyyətdə olduğu müddətdə atmosfer bazasına atılan zərərli qaz qarışıqlarını təyin etmək məqsədilə obyektin ətraf ərazilərində səyyar cihaz SKY2000R5 vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticə CO (dəm qazı) 7.7 mq/m2 (norma 5 mq/m2). Əldə olunmuş nəticə ətraf mühit üçün yol verilən qatılıq hədd daxilindən artıqdır. X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, Xətai rayonu, Gəncə prospektində “Kabab City” adlı kiçik obyekti ********** VÖEN ilə o, işlədir. xx.xx.2025-ci il tarixində Ekologiya Nazirliyinin işçiləri daxil olmuşlar vətəndaş müraciəti əsasında ölçmə analiz işləri aparmışlar. Qurğunun olmaması və zərərli qaz qarışığının normadan çox olması barədə akt tərtib olunmuş və ona bildirilmişdir. Obyekti yeni götürdüyü üçün heç bir alveri olmadığından və maddi sıxıntılar içində olduğundan cərimə məbləğinin ən aşağısını və hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 12 yanvar 2026-cı tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən Xətai rayonu, Vunq Tau küçəsində fəaliyyət göstərən “Kabab City” iaşə fəaliyyətinintüsüt bucağından ətraf mühitə atılan zərərli maddələrin miqdarının yolverilə bilən normativlərdən artıq olması, zərərli maddələrin zərərsizləşdirilməsi üzrə təmizləyici qurğularla təmin olunmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və İXM-nin 233.1-ci maddəsinə əsasən barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Kabab City” adlı kafedə yoxlama keçirilmiş, kafedə manqaldan istifadə edilməsi nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı səyyar cihaz vasitəsi ilə ölçülmüş və normadan artıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Xətai rayonu, Vunq Tau küçəsində fəaliyyət göstərən “Kabab City” iaşə fəaliyyətinintüsüt bucağından ətraf mühitə atılan zərərli maddələrin miqdarının yolverilə bilən normativlərdən artıq olması, zərərli maddələrin zərərsizləşdirilməsi üzrə təmizləyici qurğularla təmin olunmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və İXM-nin 233.1-ci maddəsinə əsasən barəsində 2500 manat manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərarının ləğv edilməsini xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında təqsirini etiraf edərək bildirmişdir ki, həmin obyekti hadisədən bir həftə əvvəl işlətməyə başlamışdır. Əvvəllər həmin yeri başqa şəxslərə icarəyə vermiş və daha sonra qonşularla söz-söhbətləri olduğu üçün onunla bağlanmış müqaviləyə xitam vermişlər. Həmçinin qonşular həmin icarəçilərdən şikayət etmişlər. Səlahiyyətli orqanın nümayəndəsi onunla əlaqə saxlayaraq barəsində 2500 manat məbləğində cərimə tətbiq olunacağını bildirmiş və onu İdarəyə dəvət etmişdir, gəlmədiyi təqdirdə cərimənin 4000 manat olacağını demişdir. Hadisə zamanı obyektdə hava təmizləyən qurğu olmamışdır, yoxlama aparıldıqdan sonra həmin qurğu quraşdırılmışdır. Həmin obyekt yeni açıldığından orada çox müştəri olmamışdır, hətta yoxlama zamanı da əməkdaşlar uzun müddət gözləmişlər ki, müştəri gəlsin ölçü aparsınlar. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, X4 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində ünvanında yerləşən “Kabab City” adlı kafenin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olmuş, qaz-toztutucu qurğunun istismar qaydası pozulmuş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-871/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-871/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver