Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-911/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə 13 yanvar 2026-cı il tarixli, 13000-00090/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən İran İslam Respublikasında yerləşən “İran Milli Qaz” şirkətinin ünvanına "xxxx" yükünün ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, **********4626 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə "xxxx" yükünün “İran Milli Qaz” şirkətinin ünvanına 2025-ci ilin sentyabr ayında ixrac edildiyi qeyd edilmişdir. Lakin, Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmişdir. Həmçinin, sözügedən yükə dair natamam bəyannamə də gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş **********4626 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə, işə səlahiyyətli nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 “EMİS” vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 xx.xx.2026-cı il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən “İran Milli Qaz” şirkətinin ünvanına "xxxx" yükünün ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, **********4626 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə “İran Milli Qaz” şirkətinin ünvanına 2025-ci ilin sentyabr ayı ərzində ixrac edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 332 saylı “Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 2.5-ci bəndinə əsasən gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır. Lakin, Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmişdir. Həmçinin, sözügedən yükə dair natamam bəyannamə də gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş **********4626 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş İXM-nin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 yanvar 2026-cı il tarixli, 13000- 00090/26 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən İran İslam Respublikasında yerləşən “İran Milli Qaz” şirkətinin ünvanına "xxxx" yükünün ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, **********4626 saylı gömrük bəyannaməsi gömrük orqanına təqdim edilmiş və həmin bəyannamədə "xxxx" yükünün “İran Milli Qaz” şirkətinin ünvanına 2025-ci ilin sentyabr ayında ixrac edildiyi qeyd edilmişdir. Lakin, Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmişdir. Həmçinin, sözügedən yükə dair natamam bəyannamə də gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş **********4626 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən İran İslam Respublikasında yerləşən “İran Milli Qaz” şirkətinin ünvanına "xxxx" yükünün ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, **********4626 saylı gömrük bəyannaməsi gömrük orqanına təqdim edilmiş və həmin bəyannaməyə əsasən "xxxx" yükü 2025-ci ilin sentyabr ayında ixrac edilsə də, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-911/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-911/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver