Məhkəmə qərarları › İş №3(5-94)-996/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-996/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-996/2026 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş 09 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 09 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 27 iyun 2025-ci il tarixli EQ seriyalı 28159245 elektron qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəməyə daxil olmuş iş materiallarından görünür ki, sənədlər natamamdır və sənədlərin təsdiq edilməmiş surətləri materiala əlavə olunmuşdur. Bu səbəblə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə material qanunvericiyilin tələblərinə müvafiq halda tərtib edilmədiyindən protokol onu tərtib orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 idarəsinə geri qaytarılsın. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar