Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-116/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 xidməti 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi-müfəttişi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında xx.xx.2026cı il tarixli MN seriyalı ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı protokolla vəzifəli şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı protokolu müdafiə edərək vəzifəli şəxs Şəxs barəsində tərtib edilmiş protokolun əsaslı olduğundan vəzifəli şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatında bildirmişdir ki, həmin ərazidə avtomobil yuma fəaliyyəti ilə məşğul olurlar. İndiyə qədər bununla bağlı ona heç bir irad bildirilməmişdir. Həmin ərazidə heç bir kanalizasiya sistemi yoxdur. Bu səbəbdən çirkab suların axıdılması üçün elə bir boru düzəltmişlər. Bir daha bu kimi hallara yol verməyəcəklərini bildirərək barələrində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin böyük məsləhətçi müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Abşeron küçəsində yerləşən vəzifəli şəxs Şəxs məxsus qeyri yaşayış obyektində tullantı və məişət sular birbaşa olaraq kənara təyinatsız yerlərə axıdılmışdır. İş materiallarında olan 15 yanvar 2026-cı il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması məqsədi ilə bölmənin 12 yanvar 2026-cı il tarixli 004 nömrəli sərəncamına əsasən Xəzər rayonu ərazisində monitorinq nəzarət tədbirləri həyata keçirildi. Monitorinq zamanı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalı Abşeron küçəsində yerləşən vəzifəli şəxs Şəxs məxsus qeyri-yaşayış (avtoyuma) ərazisində formalaşan su və çirkab suların təyinatsız olaraq axıdılması aşkar edilmişdir. Aşkarlanan hal vətəndaş Şəxs izah edilmiş, yazılı izahatı alınmış alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin 004 nömrəli, 12 yanvar 2026-cı il tarixli sərəncamından görünür ki, 15 yanvar 2026-cı il tarixli 000375 nömrəli monitorinqin həyata keçirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin 004 nömrəli, 12 yanvar 2026-cı il tarixli sərəncamından görünür ki, Xəzər rayonu ərazisi üzrə monitorinqnəzarət tədbiri həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan vəzifəli şəxs Şəxs izahatından görünür ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən monitorinq aparılarkən müəssisəyə məxsus istehsal sahəsindən tullantı sularının kənara axıdılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk daşıyıcısına baxış vəzifəli şəxs Şəxs məxsus qeyri-yaşayış obyektində (avtoyuma) ərazisindən kənara çirkab, həmçinin istehsalat tullantı sularının axıdılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin dispozisiyası su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulmuş və bu səbəbdən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən "İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslərin inzibati məsuliyyəti dedikdə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Vəzifəli şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən "İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən "İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(5-95)-116/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-116/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver