Məhkəmə qərarları › İş №3(5-95)-14/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-14/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-14/2026 07.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-200/2025 saylı xx.xx.2025-ci il tarixli və 2(003)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqələri üzrə borclu Şəxs ümumilikdə 52813.80 AZN pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Bu günədək borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Məhkəmə qərarının icrasından yayındığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, tələbkara heç bir məbləğdə ödəniş etməyəcəkdir. Tələbkar heç bir mülkü onunla bölüşdürməmişdir. Əvvəl işləmişdir. Lakin hazırda işləmir. İşləsə belə icra sənədini icra etməyəcəkdir. Barəsində istənilən tənbeh tədbiri tətbiq edilsə də icra sənədini icra etməyəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 izahatında bildirdi ki, məhkəmə qərarının icrası ilə bağlı Şəxs tərəfindən bu günədək heç bir ödəniş olunmamışdır. İcra sənədləri üzrə borcun ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş MN ******* nörməli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 200/2025 saylı xx.xx.2025-ci il tarixli və 2(003)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqələri üzrə borclu Şəxs ümumilikdə 52813.80 AZN pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qərarının icrasından yayındığına görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu günə olan borcu 4400 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 200/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2007ci il təvəllüdlü X2 üçün Şəxs X3 xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (235 AZN:345AZN=0,68) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 325/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Xəzər rayonu Binə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində (köhnə ünvanla: Kavs küçəsi ev torpaq sahəsində olan 3 otaqlı fərdi yaşayış evinin dəyərinin 1/2 hissasi - 21375 manat, həmin həyətdəki yarımtikilinin dəyərinin 1/2 hissəsi - 6210 manat, Xəzər rayonu, Binə qəsəbəsində (Bakavtomatın arxasında) yerləşən, birgə nikah dövründə tikilmiş fərdi həyət evinin dəyərinin 1/2 hissəsi - 19000 manat - ümumilikdə 46585 (qırx altı min beş yüz səksən beş manat cavabdeh Şəxs tutularaq X3 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsində yazdığı izahatından görünür ki, icra sənədlərini icra etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsində yazdığı və imzaladığı izahatından görünür ki, işlə təmin olunsa belə icra sənədlərini icra etməyəcəkdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Şəxs icraata başlamaq haqqında qərarın surətini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından əldə edilmiş çıxarışdan görünür ki, Şəxs adına daşınmaz əmlaklar aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. İcra sənədi üzrə tələbi isə yerinə yetirməyəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar