Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-147/2026 21.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, dəfələrlə cinayət və inzibati məsuliyyətinə cəlb edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 20 yanvar 2026-cı il tarixli MN 2305520, MN ******* və MN ******* nömrəli protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il Bakı şəhər, Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Oba” marketdən 50 manat dəyərində, xx.xx.2025-ci il tarixlərdə Bakı şəhər, Xəzər Rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində yerləşən “Oba” marketdən 98 manat dəyərində kərə yağları və xx.xx.2025-ci tarixdə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində məktəbin qarşısından 200 manat dəyərində “Desna” markalı velosiped oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Bakı şəhər, Xəzər Rayonu, Binə qəsəbəsində yerləşən “Oba” marketlərdən kərə yağları və xx.xx.2025-ci tarixdə Xəzər Rayonu, Binə qəsəbəsi, ərazisində 334 nömrəli məktəbin giriş qapısından vətəndaş X2 məxsus 200 manat dəyərində velosiped oğurlamışdır. Bundan başqa, Şəxs əvvəllər oğurluq etdiyinə görə dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, həqiqətən də qeyd edilən tarixlərdə “Oba” market mağazalarından yağ, eləcə də məktəbin qarşısından velosiped oğurlamış, özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilir lakin, əməlindən peşman deyildir, kərə yağlarını ehtiyacı olduğu üçün oğurlamış, oğurladığı velosipedi isə satıb yaşadığı evin qaz borcunu ödəmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli qərarlardan görünür ki, fakt üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 20 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 23:40-da tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs əvvəllər bir neçə dəfə İXM-nin 227, 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş və iki dəfə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə məhkum edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər (maddə 36.1). İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir (maddə 115.2). Məhkəmə, iş üzrə tədqiq olunmuş halları araşdırıb Şəxs oğurluq etdiyinə görə əvvəllər dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməlindən peşman olmamasını, onun şəxsiyyətini səciyələndirən digər halları nəzərə alaraq hesab edir ki, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq olunmalı, onun inzibati qaydada tutulması təyin ediləcək cəza müddətinə hesaba alınmalı, 200 manat məbləğində vurulmuş maddi zərər Şəxs tutularaq X2, 148 manat məbləğində vurulmuş maddi zərər “Oba” marketin sahibinə ödənilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 25, 34-1, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 75 (yetmiş beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin başlanğıcı xx.xx.2026-cı il tarix, saat 23:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs tutulsun və X2 ödənilsin. 148 (bir yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti Şəxs tutulsun və “Oba” marketin sahibinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(5-95)-147/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-147/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver