Məhkəmə qərarları › İş №3(5-95)-15/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-15/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-15/2026 07.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3cü PŞ-nin sahə rəisi X1 iştirakları ilə 26 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 227-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı 2271063, MN seriyalı 2271064, MN seriyalı 2271065, MN seriyalı ******* və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində yerləşən “OBA” marketdən 47 manat dəyərində yağ oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Binə qəsəbəsi Nəsimi küçəsində yerləşən “OBA” marketdən 225 manat dəyərində yağ oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə xx.xx.2026-cı il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsi Vaqif küçəsində yerləşən “OBA” marketdən 75 manat dəyərində yağ oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “OBA” marketdən 200 manat dəyərində yağ və 300 manat dəyərində şokolad oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində yerləşən “117” nömrəli orta məktəbin yaxınlığında fəaliyyət göstərən “OBA” marketdən 300 manat dəyərində tütün və şirniyat məmulatları oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi X2 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, oğurluq hadisələri marketin video müşahidə kameralarına düşmüş və görüntülər əsasında Şəxs müəyyən etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətaları törətməkdə qismən təqsirli bilərək göstərdi ki, dəqiq tarixlərini xatırlamadaığı vaxtlarda bir neçə “OBA” marketdən yaş və şokolad oğurlamışdır. Ən çox oğurladığında 6 qutu yağ götürmüşdür. Tütün məmulatı oğurlamasını xatırlamır. Şokolad isə protokolda qeyd edildiyi qədər deyil, cəmi 5-6 ədəd oğurlamışdır. Əməlindən peşmandır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq belə hesab edir ki, Şəxs tərəfindən törədilmiş əməldə cinayət əlamətləri olduğundan materiallar Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarında olan raportlardan və izahatlardan, məlum olur ki, oğurluq zamanı təkrarçılıq faktı araşdırılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarında aydın olur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollardan 3-cü üzrə vurulmuş maddi ziyan 100 manatdan artıq məbləğ təşkil edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, barəsində inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 34-1, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında icraata xitam verilsin. Barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar