Məhkəmə qərarları › İş №3(5-95)-19/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-19/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-19/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon DYPİ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 25 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində “BYD” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan şossesinin soldan ikinci hərəkət zolağı ilə Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt arxadan eyni istiqamətdə hərəkət edən “Hyundai” markalı, **-QZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təklükəsiz ara məsafəsini düzgün seçmədiyindən “BYD” markalı avtomobilə arxa hissədən çarpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhər Xəzər Rayon DYPŞ-dən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qanunvericliklə nəzərdə tutulmuş qaydada və müddətdə məlumat verilsə də, zərər çəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməyəcəyi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 23 noyabr 2025-ci il tarixdə, saat 01 radələrində idarə etdiyi “Hundai Elantra” markalı, **-QZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Bakı şossesi ilə Hava Limanı yaxınlığında saatda təxminən 100-110 km/sürətlə hərəkətdə olarkən avtomobilinin qarşı hissəsində hərəkətdə olan “BYD” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ani sürəti azaltdığı üçün avtomobilini sol zolağa hərəkət etdirə bilməmiş və sağ zolağa hərəkət etdirmək istəyən zaman hər iki zolaqla avtomobillər hərəkət etdiyindən avtomobilini “BYD” markalı avtomobilə çırpılıb toqquşma baş vermiş, hadisə zamanı “BYD” markalı avtomobildə olan sürücünün anası xəsarət almışdır. Hadisə zamanı ayıq olmuş, avtomobildə tək olmuş və xəsarət almamışdır. Hərəkət üçün təhlükə yaranma anı baş vermişdir. İzahatına əlavə olaraq, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, yeganə dolanacaq mənbəyi olduğundan barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu ərazisində Bakı Aviasiya Akademiyası yaxınlığında oğlunun idarə etdiyi avtomobilə arxadan gələn başqa bir avtomobil çırpılmış və hadisə nəticəsində xəsarət almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 izahatında bildirmişdir ki, 23 noyabr 2025-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində Bakı Aviasiya Akademiyasınə keçib Hava Limanı döngəsinə çatmamış ani olaraq “Hundai Elantra” markalı, **-QZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan anası Zərərçəkmiş şəxs xəsarət almış, özü isə heç bir xəsarət almamışdır. Məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2025-ci il tarixli 1192 nömrəli nömrəli rəyindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə təsdiq edilmişdir, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in müddəalarına görə İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXMnin 84.1-ci maddəsi). Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, taksi fəaliyyəti ilə məşğul olmaqla yeganə dolanışıq mənbəyinin olması nəzərə alınmaqla İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar