Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-199/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 vəkili “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin direktorudur. X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, eyni məzmunlu inzibati xəta haqqında protokol rəhbəri olduğu "xxxx" MMC barəsində də tərtib edilərək baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq Yasamal rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin 3(004)-9604/2025 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Mübahisələndirdiyi qərar yetərli və mötəbər sübutlar təqdim edilmədən, ona və direktoru olduğu hüquqi şəxsə heç bir aidiyyəti olmayan şəxs barəsində qəbul olunmuşdur. Bu səbəbdən də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X4 vəkili Vəkil şikayəti müdafiə edərək izahatında bildirdi ki, eyni məzmunlu inzibati xəta haqqında protokol "xxxx" MMC barəsində də tərtib edilərək baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq Yasamal rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin 3(004)-9604/2025 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında vətəndaş X3 xx.xx.2025-ci ildə saat 15:00-17:00 radələrində ünvan 1 ünvanında fərdi yaşayış evinin damından yıxılaraq öldüyü qeyd edilmiş, X3 həmin tarixdə "xxxx" MMCnin direktoru X8 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyiin müəyyən olunduğu qeyd edilmişdir. Halbuki, X4 məsələyə ümumiyyətlə aidiyyəti yoxdur. "xxxx" MMC-nin işçisi Mahmud adlı şəxs şəxsi işi ilə əlaqədaq iş gördürmüş, lakin buna baxmayaraq X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən "xxxx" MMC və onun vəzifəli şəxsi təqsirli bilinmişdir. X7 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğu üçün ləğv edilməsini, iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahatında bildirmişdir ki, o "xxxx" MMC-də əmək müqaviləsinə əsasən usta vəzifəsində işləyir. O "xxxx" MMC-də işləməsinə baxmayaraq MMC-dən kənar işləri də yerinə yetirir. Belə ki, iş zəruri olan yerlərə "xxxx" MMC-dəki işindən kənar usta kimi gedir, vaxtı olmadıqda isə başqa ustaları taparaq ora göndərir, əvəzində görülən işin dəyərini danışaraq görülmüş işə görə təklif olunan pulu sifariş verən şəxsdən alır və, özü ustalar arasında bölüşdürür. xx.xx.2025-ci ildə Seyhun adlı şəxs fərdi yaşayış evinin damını vurmağı ona əklif etmişdir. O da işdə olduğundan və vaxtı olmadığından həmin işi Cəlal adlı şəxsə təklif etmişdir. Ustaları işə o cəlb etmiş, danışılmış məbləği bağın sahibindən alaraq onlara verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin rəhbərliyinin onun gördüyü işlərdən məlumatı olmamış, onlara bu barədə məlumat verməmiş, qeyd edilən işləri işdən kənar həyata keçirmişdir. Belə ki, o vergi ödəyicisidir. Özü fərdi qaydada işləməklə, yaxud özünün vaxtı olmadıqda ustaları işə cəlb etməklə qazanc əldə edir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X7 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsi və şikayətçi X8 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X7 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X7 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, vətəndaş X5 xx.xx.2025-ci il tarixdə saat 15:00- 17:00 radələrində ünvan 2 ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma zamanı Budaq Cəfərovun həmin tarixdə "xxxx" MMC-nin direktoru X8 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi məlum olmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(004)-9604/2025 saylı qərarından görünür ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Şahid arasında xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Şahid əsas usta vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Şahid X7 Xidmətinin Bakı şəhəri İdarəsinə verdiyi izahatdan görünür ki, ona Seyhun adlı şəxsdən fərdi yaşayış evinin damını vurmaq təklifi gəlmiş, o da vaxtı olmadığı üçün həmin işi Cəlal adlı şəxsə ötürmüşdür. Cəlal adlı şəxsin yalnız adını bilir və barəsində başqa heç bir məlumatı yoxdur. Eyni zamanda baş vermiş hadisə ilə bağlı da məlumatı olmayıb və Səfərov Budağı tanımır. İş materiallarında olan X2 izahatından görünür ki, o izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Mahmud onlara zəng etmiş, işlərin görülməsini onlara Mahmud tapşırmış, buna uyğun olaraq onlar Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayış olmayan evə getmiş, səhər saatlarında işə başlamış, o, evdən çölə çıxmış, su almış qayıdanda Budaq artıq yıxılmış, təcili tibbi yardım çağırılmışdır. Onlar mühafizə vasitələri ilə təmin olunmamışlar. Əmək haqqını onlara Mahmud həm karta atmaqla, həm də nağd formada vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarxili 3(004)-9604/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2025ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola və ona əlavə edilmiş sənədlərə əsasən vətəndaş X5 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5-ci Mərdəkan küçəsi ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə "xxxx" MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol ona görə tərtib edilmişdir ki, vətəndaş X5 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5ci Mərdəkan küçəsi ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə "xxxx" MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbuki işin faktiki hallarından məlum olmuşdur ki, Şahid Sehran adlı şəxsdən ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5-ci Mərdəkan küçəsi ünvanında fərdi yaşayış evinin dam örtüyünün vurulması barədə sifariş almış, lakin həmin safirişi icra edə bilmədiyindən işi adını bildiyi Cəlal adlı ustaya təklif etmişdir. Cəlal da həmin işi qəbul edərək X5 ilə birlikdə həmin işləri yerinə yetirməyə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində qeyd edilən işləri yerinə yetirərkən X5 evin damından yıxılaraq vəfat etmişdir. Araşdırma zamanı şəxslərin izahatlarından inzibati orqan güman etmişdir ki, qeyd edilən işi Cəlal adlı şəxsə Şahid təklif etdiyindən və sonuncunun "xxxx" MMC ilə aktiv əmək müqaviləsi olduğundan həmin şəxslər "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilənlər məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə bədbəxt hadisə baş vermiş tikinti ərazisinin "xxxx" MMC-yə aid olmasına, nə də həmin ərazidə görülmüş tikinti-bərpa işlərinin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə dair heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən müəyyən olunmuşdur ki, bədbəxt hadisə baş vermiş ərazi fərdi yaşayış evinin tikildiyi ərazi olmuşdur ki, həmin tikinti işlərini görən şəxslər "xxxx" MMC ilə heç bir əlaqəsi olmayan şəxslər olmuşlar. (bunun əksini sübut edən heç bir dəlil yoxdur) Bundan başqa qeyd edilməlidir ki, fərdi yaşayış evinin (bağ evinin) tikintisində bilavasitə işləyən və bədbəxt hadisə zamanı ölmüş X3 yanında olan Cəlal Məmmədovun aktiv əmək müqaviləsi olmuşdur və o, fərdi sahibkar F.Xanışovun (VÖEN: **********) fəaliyyət göstərdiyi sahibkarlıq subyektində usta vəzifəsində işləmişdir. Belə olan halda ən əsas məqam ondan ibarət olmuşdur ki, hansısa məlum olmayan səbəbdən inzibati orqan "xxxx" MMC ilə heç bir əlaqəsi olmayan şəxslərin məhz həmin MMC ilə əlaqəli olması və işlərin görülməsinə cəlb edilmələri qənaətinə gəlməklə, əsassız olaraq hüquqi şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Yuxarıdakılara əsasən məhkəmə tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində Şahid mıəlumatlarından müəyyən olunur ki, Şahid ********** VÖEN üzrə (təcrübə-tikinti işləri) xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarxili 3(004)-9604/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan başqa vətəndaş X5 xx.xx.2025-ci il tarixdə saat 15:00- 17:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5-ci Mərdəkan küçəsi ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə "xxxx" MMC tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduğuna görə "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinmiş və barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərar ona görə qəbul edilmişdir ki, vətəndaş X5 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5-ci Mərdəkan küçəsi ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə "xxxx" MMC-nin direktoru X8 tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbuki işin faktiki hallarından məlum olmuşdur ki, Şahid Sehran adlı şəxsdən ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5-ci Mərdəkan küçəsi ünvanında fərdi yaşayış evinin dam örtüyünün vurulması barədə sifariş almış, lakin həmin safirişi icra edə bilmədiyindən işi adını bildiyi Cəlal adlı ustaya təklif etmişdir. Cəlal da həmin işi qəbul edərək X5 ilə birlikdə həmin işləri yerinə yetirməyə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində qeyd edilən işləri yerinə yetirərkən X5 evin damından yıxılaraq vəfat etmişdir. Araşdırma zamanı şəxslərin izahatlarından inzibati orqan güman etmişdir ki, qeyd edilən işi Cəlal adlı şəxsə Şahid təklif etdiyindən və sonuncunun "xxxx" MMC ilə aktiv əmək müqaviləsi olduğundan həmin şəxslər "xxxx" MMC-nin direktoru tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlər məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, müəyyən edilmişdir ki, nə bədbəxt hadisə baş vermiş tikinti ərazisinin "xxxx" MMC-yə aid olmasına, nə də həmin ərazidə görülmüş tikintibərpa işlərinin "xxxx" MMC-nin direktoru X8 tərəfindən həyata keçirilməsinə dair heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən müəyyən olunmuşdur ki, bədbəxt hadisə baş vermiş ərazi fərdi yaşayış evinin tikildiyi ərazi olmuşdur ki, həmin tikinti işlərini görən şəxslər "xxxx" MMC ilə heç bir əlaqəsi olmayan şəxslər olmuşlar. (bunun əksini sübut edən heç bir dəlil yoxdur) Bundan başqa qeyd edilməlidir ki, fərdi yaşayış evinin (bağ evinin) tikintisində bilavasitə işləyən və bədbəxt hadisə zamanı ölmüş X3 yanında olan Cəlal Məmmədovun aktiv əmək müqaviləsi olmuşdur və o, fərdi sahibkar F.Xanışovun (VÖEN: **********) fəaliyyət göstərdiyi sahibkarlıq subyektində usta vəzifəsində işləmişdir. Belə olan halda Şahid tərəfindən işçilərin işə cəlb edildiyi müəyyən edilməsinə baxmayaraq, inzibati orqan "xxxx" MMC ilə heç bir əlaqəsi olmayan şəxslərin məhz həmin MMC-nin işçisi olan Şahid tərəfindən cəlb edilməsini MMC ilə əlaqəli olması və işlərin görülməsinə cəlb edilmələri qənaətinə gəlməklə, əsassız olaraq "xxxx" MMC-nin direktoru X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Yuxarıdakılara əsasən məhkəmə tərəfindən "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar X4 əməllərində inzibati xəta tərkibi olmadığından ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(5-95)-199/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-199/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver