Məhkəmə qərarları › İş №3(5-95)-203/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-203/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-203/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32882945 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: X3 xx.xx.2026-cı il tarixli şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında istifadəsində olan Kia markalı Sportage Hibrid modelli 77QA103 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində kəsişmədən 5 metrdən çox məsafədə saxlamasına baxmayaraq barəsində nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədən saxlamasına istinad edilərək Azərbaycan Respublikasının İXM-in 346.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib xx.xx.2025-ci il, EQ32882945 nömrəli inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul edilmişdir. Həmçinin tərtib olunmuş protokolda hadisə yeri düzgün göstərilməmiş, faktiki olaraq polis əməkdaşları tərəfindən iddia edilən hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində baş versə də, protokolda məkan kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 26 nömrəli xəstəxana və Mirzəyev küçəsi qeyd edilmişdir. Hadisə yerinin səhv göstərilməsi inzibati icraatın obyektivliyinə və qanuniliyinə ciddi şübhə yaradır. Qeyd edilən əsaslara görə A.B.Quliyev məlum qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında X3 verdiyi şikayətin məzmununa uyğun çıxış, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə günorta saatlarında nəqliyyat vasitəsini həmin vaxt özü idarə etmiş və idarə etdiyi Kia markalı Sportage Hibrid modelli 77QA103 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində kəsişmədən 10-11 metrdən çox məsafədə saxlamış, həmin vaxt kəsişmədən sonra dayanma və ya durma qadağandır yol hərəkət nişanları olmamış, onun avtomobilindən sonra arxadan kəsişməyə yaxın 1 və ya 2 avtomobil saxlamışdır. Həmin vaxt əri X3 istifadəsində olan mobil telefona zəng edərək yol hərəkəti qaydasını pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə 40 manat məbləğində inzibati cərimə edildiyini xəbərdar etmişdir. Bundan sonra o, avtomobili saxladığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsinə gedərək video görüntü ilə çəkiliş etməklə, oranın şəkillərini çəkmiş, həmin videogörüntü və foto şəkillərdən görünür ki, saxladığı yer kəsişmədən kifayət qədər aralı olmuş, iddia edilən pozuntunu isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 26 nömrəli xəstəxana və Mirzəyev küçəsində baş verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ32882945 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə X3 idarə etdiyi Kia markalı Sportage Hibrid modelli 77QA103 dövlət qeydiyyat nişanlı avtomobilli yolun hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədə saxladığı üçün Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq edilmişdir. Protokola əlavə edilmiş fotoşəkildən aydın şəkildə görünür ki, texniki nəzarət (TŞ) kamerası Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində quraşdırılmışdır və inzibati xətanın qeydə alınması məhz həmin ərazidə həyata keçirilmişdir. Diskdə olan foto və videogörüntülərdən avtomobilin nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından müəyyən məsafədə saxlanılması görünür. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən … səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün ... səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün ... səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini, iş materiallarına əlavə edilmiş foto və videogörüntüləri, o cümlədən inzibati tənbeh vermə haqqında qərarı, digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməklə xx.xx.2025-ci il, EQ32882945 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədə saxlanılması əsası ilə qəbul edilmişdir. Lakin məhkəmə iclasında tədqiq olunmuş foto və video materiallardan nəqliyyat vasitəsinin kəsişmədən real məsafəsinin protokolda göstərilən kimi 5 metrdən az olub-olmaması birmənalı şəkildə müəyyən edilmir. Əksinə, materiallardan görünür ki, şikayətçinin nəqliyyat vasitəsindən sonra iki avtomobil yerləşmişdir ki, bu da məsafənin daha artıq olmasını ehtimal etməyə əsas verir. Belə olan halda, inzibati xəta faktının mövcudluğu ilə bağlı əsaslı şübhə yaranır. Bundan əlavə, inzibati xəta haqqında protokolda hadisə yerinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 26 nömrəli xəstəxana və Mirzəyev küçəsi kimi göstərilməsinə baxmayaraq, iş materiallarına əlavə edilmiş foto və videogörüntülərlə, habelə təhlükəsiz şəhər kamerasının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşdiyi görünür. Hadisə yerinin düzgün göstərilməməsi inzibati icraatın obyektivliyinə və sübutların etibarlılığına ciddi təsir göstərir. Bu hal Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsində nəzərdə tutulmuş sübutların mötəbərliyi və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi tələblərinə uyğun hesab edilə bilməz. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, mövcud materiallar əsasında inzibati xəta faktının tamamilə istisna edilməsi üçün də kifayət qədər əsas olmadığından, iş üzrə icraata xitam verilməsi üçün hüquqi zəmin formalaşmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinə göndərilməli və hadisənin yenidən araşdırılması X3 və X2 iştirakı təmin edilməklə aparılmalıdır. Belə ki, məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək qeyd olunan inzibati xətanın törədilməsinə dair (kəsişmədən olan məsafənin və hadisə yerinin dəqiq yeri barədə) hər hansı sübut təqdim etmədiyindən və qeyd edilən arqumentlər yoxlanılmalı olduğundan inzibati tənbeh vermə haqqında qərarın ləvğinə və yenidən inzibati araşdırma aparılmasına zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, X3 barəsində tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32882945 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32882945 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Şikayət qismən təmin edilsin.

2. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ32882945 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin.

3. X1 İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair iş üzrə əlavə araşdıma aparılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar