Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-208/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlu, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilən inzibati tənbeh vermə haqqında qərardan şikayət üzrə materialı nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İşin halları: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində İXM-nin 346.5-ci maddəsi ilə tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən qanunvericilik və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası İXM-in: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. (130.2.) Həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. (130.3.) Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi X4 tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Həmçinin müraciətçi ərizəsində ona məxsus nəqliyyat vasitəsinin hadisə zamanı digər şəxs tərəfindən idarə edildiyini bildirsə də, qeyd olunan halı təsdiq edən, yəni nəqliyyat vasitəsinin idarə olunması üçün verilmiş etibarnamənin notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X4 tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 43, 106- 111-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsi ilə tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2022-ci tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.
2. X3 izah edilsin ki, müddətin bərpasına dair müvafiq vəsatət və qərar əlavə edilməklə, yenidən məhkəməyə müraciət etmək hüququ vardır.
3. Qərardaddan şikayət verilə bilməz.
Hakim Vüqar Məhərrəmov