Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-21/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Zərər çəkmiş şəxs X2, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 16 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa avtomobil yolunda “Saipa” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Aqua” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki: Saipa markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağdan 1-ci zolağı ilə hərəkətdə olarkən sol zolağa keçmək məqsədilə manevr etmişdir. “Toyota Aqua” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağdan 2-ci zolağı ilə hərəkətdə olmuşdur.Toqquşma zolaqların şərhədində, yəni zolaq dəyişmə manevri icra edilən anda baş vermişdir.Sürücülərin izahatları, nadisə yerinin baxışı və yol şəraiti nəzərə alınmaqla müəyyən edilmişdir ki: “Saipa” markalı avtomobilin sürücüsü üçün təhlükə yaranma anı təxminən 100-120 metr məsafədə, “Toyota Aqua” markalı avtomobilin sürücüsü üçün təhlükə yaranma anı isə təxminən 4 metr məsafədə olmuşdur. Yol-nəqliyyat hadisələri üzrə qəbul olunmuş metodiki yanaşmalara əsasən “Saipa” markalı avtomobilin sürücüsünün təhlükəni 100-120 metr məsafədə aşkar etməsi ona manevrdən imtina etmək, sürəti azaltmaq, öz hərəkət zolağında qalmaq üçün kifayət qədər texniki imkan yaratmışdır. “Toyota Aqua” markalı avtomobilin sürücüsünün təhlükəni təxminən 4 metr məsafədə aşkar etməsi isə reaksiya vermək, toqquşmanın qarşısını almaq üçün texniki baxımdan mümkün olmamışdır. Bu göstəricilər hadisənin qarşısının alınmasının yalnız “Saipa” markalı avtomobilin sürücüsü üçün mümkün olduğunu, “Toyota Aqua” markalı avtomobilin sürücüsü üçün isə obyektiv olaraq mümkün olmadığını göstərir. Bakı şəhər Xəzər Rayon DYPŞ tərəfindən Şəxs barəsində İXM-nin 327.8 və 327.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi, eləcə də inzibati xəta törətməsinə dair barəsində protokol tərtib edilmiş şəxs xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və inzibati xəta törətməsinə dair barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 bildirmişdir ki, 24 noyabr 2025ci il tarixdə, saat 09 radələrində “Toyota Aqua” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda təxminən 50 km/sürətlə idarə edərək Bakı şəhəri Xəzər rayonu Maştağa-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində 2-ci zolaqla hərəkətdə olarkən təxminən 4 metr aralı məsafədən qarşısında 1-ci zolaqda hərəkətdə olan “Saipa” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ani olaraq sol hərəkət yoluna manevr etmiş və bu zaman sağ arxa tərəfdən 1-ci zolaqda yük avtomobili hərəkət etdiyi üçün qəza şəraiti baş verməməsi üçün sol hərəkət zolağına keçən zaman toqquşma baş vermişdir. Toqquşma zamanı avtomobilində olan 3 nəfər azyaşlı uşaq xəsarət almışlar Hadisədən sonra təcili tibbi yardım maşını gələrək uşaqlara tibbi yardım göstərmiş, hadisə zamanı o və digər sürücü bədər xəsarətləri almamışdır. Hadisə zamanı ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1209 nömrəli, 1210 və 1211 nömrəli rəylərindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı 2016-cı il təvəllüdlü X6 və X7 yüngül dərəcəli bədən xəsarəti almış, 2014-cü il təvəllüdlü X1 aldığı xəsarət isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı zərər çəkmişin izahatı ilə yanaşı inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə təsdiq edilmişdir, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in müddəalarına görə İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXMnin 84.1-ci maddəsi). Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (İXM-nin 34.2-ci maddəsi). Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətdiyi əməl nəticəsində həm özünün, həm də ətrafdakı şəxslərin həyatına təhlükə yaratmasını, istər özü, istərsə də başqa şəxslər tərəfindən gələcəkdə bu cür hallara yol verməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minumum həddə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməli, İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(5-95)-21/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-21/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver