Məhkəmə qərarları › İş №3(5-95)-216/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-216/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-216/2026 27.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu, X5 iştirakı ilə, X4 Bakı şəhəri BPİ-nin X9 İdarəsinin EQ 11638072 saylı 06 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət haqqında materiala baxaraq, müəyyən etdi: X6 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ilə müraciət EQ 11638072 saylı 06 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsində qeyd edib ki, xx.xx.2017-ci ildə **-GO-*** nömrəli nəqliyyat vasitəsini notariat qaydasında verilmiş etibarnamə əsasında X2 istifadəyə veribmiş. Həmin etibarnamənin müddəti bitdikdən sonra nəqliyyat vasitəsi faktiki olaraq X1 istifadəsində qalıbmış. Yol hərəkəti qaydalarının pozulmasına görə tərtib edilmiş inzibati cərimələr avtomobilin sahibi kimi onun adına rəsmiləşmişdir. Ərizəsinin sonunda inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər . 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. (130.2.) Həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. (130.3.) Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda müraciət müəllifi ona məxsus avtomobilin digər şəxs tərəfindən idarə edilməsini ərizədə qeyd etsə də, etibarnaməninin təsdiq edilmiş surətini materiallara əlavə etməmişdir. İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X6 tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 132-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X4 Bakı şəhəri BPİ-nin X9 İdarəsinin EQ 11638072 saylı 06 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar