Məhkəmə qərarları › İş №3(5-95)-221/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-221/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-221/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Hüseynzadə Əvəz Əli oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yardımlı rayonu, Arvana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Yardımlı rayonu, Arvana kəndində qeydiyyatda olan və hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron Sanatoriyası 5A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-973/2006 saylı, xx.xx.2006-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs aylıq qazancının ¼ hissəsi xx.xx.2006-cı il tarixdən başlayaraq, xx.xx.1995-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün anası X1 xeyrinə tutulmalıdır. Borclu bu vaxtadək heç bir ödəniş etməmişdir. Bu günə olan borcu 18.200 manat təşkil edir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-2109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq inzibati tənbehə səbəb olmuş öhdəliyi, eyni ictra sənədinə münasibətdə təkrarən yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə qərarının icrasından yayındığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-2109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edildikdən sonra borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X5 onun oğlu deyildir, bu səbəbdən də o icra vərəqəsi üzrə borcunu ödəməyəcəkdir. X3 onun oğlu olmadığını düşünür, uşağın mənşəyinin müəyyən edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-2109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edildikdən sonra onun tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 2(005)-973/2006 saylı, xx.xx.2006-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs aylıq qazancının ¼ hissəsi xx.xx.2006-cı il tarixdən başlayaraq, xx.xx.1995-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün anası X1 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qərarının icrasından eyni icra sənədinə münasibətdə təkrarən yayındığına görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-973/2006 saylı, xx.xx.2006-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs aylıq qazancının ¼ hissəsi xx.xx.2006-cı il tarixdən başlayaraq, xx.xx.1995-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün anası X1 xeyrinə tutulmalıdır. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-2109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən axtarışda olan Şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı olmuş, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-2109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Lakin borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq inzibati tənbehə səbəb olmuş öhdəliyi təkrarən yerinə yetirməmiş, yəni inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir. Belə ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-973/2006 saylı, xx.xx.2006-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar