Məhkəmə qərarları › İş №3(5-95)-225/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-225/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-225/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X6 izahatında hüquqi şəxsin barəsində tərtib olunmuş protokolun əsassız olmasını bildirərək, qeyd etmişdir ki, Mega Həyat Sığorta ASC ilə 05 il ərzində ilk dəfədir ki, bu kimi hallara rast gəlinir. Belə ki, işçi X4 28 aprel 2025-ci il tarixdə işdən azad edilsədə onun icbari sığorta müqaviləsinin müddəti 28 avqust 2025-ci il tarixə qədər davam etmiş, lakin 27 avqust 2021-ci il tarixli müqavilə yenilənərkən işçinin əmək müqaviləsi sistem üzərində görünmədiyindən sığortanın uzadılması mümkün olmamışdır. Lakin, işçi xx.xx.2025-ci il tarixdə işə bərpa edildiyindən tərəflərindən İSB və Mega Sığorta ASC-yə işçinin icbari sığorta müqaviləsinin müddətinin uzadılması haqqında müraciət edilsədə sığorta müqaviləsinin müddəti uzadılmamış və bunun səbəbləri barədə onlara məlumat verməmişlər. Qanuni təmsilçisi olduğu şirkətin icbari sığorta ilə bağlı heç bir problemləri olmamışdır. Bu halların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, "xxxx" MMC barəsində tərtib etdiyi xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə 3(5-95)- 225/2026 nömrəli iş vardır. Hazırki iş üzrə atası X4 zərərçəkmiş şəxs statusundadır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş işəgötürən "xxxx" MMC tərəfindən aşkar surətdə AR İXM-nin 469-1 -ci maddəsinin tələbləri pozulmuş və qərəzli olaraq işçisi qismində Nadir Hətəmov istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmamışdı. Buna baxmayaraq həmin müəssisənin rəhbər vəzifəli şəxsləri məsuliyyətdən süni yolla yayınmaq üçün mümkün olan bütün qanunsuz vasitələrə əl atmağa cəhd edə bilər. Bu hal isə təkcə onun əmək və sosial hüquqlarının pozuntusu və ya şəxsin inzibati məsuliyyətdən süni olaraq yayınmasına səbəb olan hal deyil, həm də ədalət mühakiməsinə olan etimadın azalması və məhkəmə hakimiyyətinin nüfuzuna xələl vurulması ilə nəticələnir. Qeyd edilən qanunvericilik aktlarının ümumiləşdirilmiş tələbindən də aydın göründüyü kimi işəgötürən özünün hər bir işçisini icbari qaydada sığorta etdirməlidir. İcbari sığorta etdirmək vəzifəsi işçi ilə əmək müqaviləsi imzalandığı andan yaranır. İcbari sğorta müqaviləsi işçi ilə əmək müqaviləsinə xitam verildiyi andan qüvvədən düşmüş hesab edilir. Hazırki işin hallarından da aydın olduğu kimi işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixindən işçinin müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Bu hal ilə əlaqədar olaraq tərəflər arasında əmək mübahisəsi yaranmışdı. Mübahisə üzrə qəbul edilmiş AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli qərarına və Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(003)-3351/2025 nömrəli icra vərəqinə əsasən işçinin mühafizəçi vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Nəticədə, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə düzəliş edilməklə həmin müqavilə yenidən qüvvəyə minmişdir. Beləliklə, işçinin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verildiyi üçün onunla bağlı icbarı sığorta müqaviləsinə də həmin tarixdən xitam verilmişdir. Lakin işçi ilə yeni müqavilə imzalandıqdan və elektron sistemə daxil edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixindən işəgötürənin işçini yenidən icbari qaydada sığorta etdirmək öhdəliyi yaranmışdır. Lakin işəgötürən işçi ilə qərəzli və qanunsuz olaraq yenidən əmək mübahisəsi yaratdığı üçün şüurlu surətdə onun icbari qaydada sığorta etdirməmişdi. Bu hal həmin İcbari Sığorta Bürosunun elektron kabinet məlumatlarına , həm də barəsində inzibati xəta haqqında iş aparılan şəxsin təqdim etdiyi sənəd və izahatlara əsasən tam təsdiqini tapır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında işə obyektiv və ədalətli şəkildə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə X4 xx.xx.2025-ci il tarixdən yenidən işə bərpa edilmiş, bərpa edildiyi müddətdən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalı olduğu halda "xxxx" MMC tərəfindən sığortalanmamış bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 09 yanvar 2026-cı il tarixli 3-17-5/2-3030/2026 saylı məktubdan görünür ki, işçiniz X1 xx.xx.2026-cı il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılır. X5 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə 21 yanvar 2026-cı il tarixdə saat 11:00-da 4 saylı Bakı Dost Mərkəzinə dəvət olunursunuz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. 469-1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, Pagogroup MMC tərəfindən X4 ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması iş materialları ilə təsdiq edilmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin j bəndinə işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; Həmin Məcəllənin 12-ci maddənin j bəndində əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək;[45] Həmin Məcəllənin 225-ci maddəsinə İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. " İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında " qanunun 3.1.1 -ci və 4.0.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar əmək müqaviləsi üzrə işləyən işçiləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalıdır. Həmin qanunun 11.7.3-cü maddəsinə əsasən sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə icbari sığorta müqaviləsinə xitam verilir. Həmin qanunun 11.6-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Bu baxımdan AR MM-nin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin qanunun 23-cü maddəsinə əsasən bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qeyd edilən qanunvericilik aktlarının ümumiləşdirilmiş tələbindən də aydın göründüyü kimi işəgötürən özünün hər bir işçisini icbari qaydada sığorta etdirməlidir. İcbari sığorta etdirmək vəzifəsi işçi ilə əmək müqaviləsi imzalandığı andan yaranır. İcbari sğorta müqaviləsi işçi ilə əmək müqaviləsinə xitam verildiyi andan qüvvədən düşmüş hesab edilir. Hazırki işin hallarından da aydın olduğu kimi işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixindən işçinin müqaviləsinə xitam verilmişdir. Bu hal ilə əlaqədar olaraq tərəflər arasında əmək mübahisəsi yaranmışdı. Mübahisə üzrə qəbul edilmiş Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(003)-3351/2025 nömrəli icra vərəqinə əsasən işçinin mühafizəçi vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Nəticədə, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə düzəliş edilməklə həmin müqavilə yenidən qüvvəyə minmişdir. Beləliklə, işçinin əmək müqaviləsinə xx.xx.2025ci il tarixində xitam verildiyi üçün onunla bağlı icbarı sığorta müqaviləsinə də həmin tarixdən xitam verilmişdir. Lakin işçi ilə yeni müqavilə imzalandıqdan və elektron sistemə daxil edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixindən işəgötürənin işçini yenidən icbari qaydada sığorta etdirmək öhdəliyi yaranmışdır. Lakin işəgötürən işçi ilə bağlı olan öhdəliyi yerinə yetirməmiş, onu icbari qaydada sığorta etdirməmişdir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 3-17-5/2-3030/2026 nömrəli məktuba əsasən inzibati xətanı törətmiş şəxs xx.xx.2026-cı il tarixində inzibati araşdırmada iştiraka dəvət edilmişdir. Nəticədə , xx.xx.2026cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin etməmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar