Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-24/2026 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Xətai rayon Polis İdarəsinin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddələri ilə İXP seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, protokol natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Müəyyən olundu ki, Şəxs barəsində Xətai rayon Polis İdarəsinin DYPŞ-nin polis mayoru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* saylı protokolda inzibati xətanın törədildiyi yer və vaxt, hadisənin mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş və ona imza etdirilməmişdir. Həmçinin inzibati xətaya səbəb olmuş və cəriməsi ödənilməmiş qərar protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, protokol natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Xətai rayon Polis İdarəsinin DYPŞ-nin polis mayoru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* saylı protokol və onlara əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(5-95)-24/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-24/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver