Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-245/2026 09.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X4 xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: X12 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X4 xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, “Hyundai Elantra” markalı **- NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə etibarnamə onun adına verildiyindən inzibati xəta haqqında qərar da onun adına rəsmləşdirilmişdir. Halbuki, faktiki olaraq inzibati xəta onun tərəfindən deyil, başqa şəxs tərəfindən törədilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Mərkəzi X3 İnformasiya Sisteminin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X12 və inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, müraciət müəllifinin və inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Mərkəzi X3 İnformasiya Sisteminin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixdə, saat 11.56-da “Hyundai Elantra” markalı **- NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi səkidə saxlandığına görə X12 İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 60 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X4 xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizədən göründüyü kimi, müraciət müəllifinin şikayətinin əsasını inzibati xətanın törədilməsi faktı deyil, həmin xətanı başqa şəxs tərəfindən törədilməsi təşkil edir. İlk öncə qeyd etmək lazımdır ki, mübahisələndirilən elektron qərar subyektiv amillərin təsirindən uzaq, tətbiqi xüsusiyyətlərinə görə bir sıra, o cümlədən İXM-nin 346-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaların aşkar edilməsinə yönəlmiş (İXM-nin 122.1-ci maddəsi) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X4 xüsusi texniki vasitələrinin göstəriciləri əsasında qəbul edilir. Həmin texniki vasitələr məhz yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətaların müəyyən edilməsinə texniki cəhətdən kökləndiyindən məhkəmə hesab edir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Mərkəzi X3 İnformasiya Sisteminin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı özlüyündə obyektiv sübut növü kimi qəbul edilməlidir. Bundan başqa “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair” xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, “Hyundai Elantra” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 tərəfindən həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2031-ci il tarixdək X11 etibarnamə verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, “Hyundai Elantra” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 Sahib Sədir oğlunun arvadıdır. Məhkəmə, X1 hüququnun olmamasını, “Hyundai Elantra” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsinə dair digər şəxsə etibarnamə verməməsini, müraciət müəllifinin ərizəsində həmin nəqliyyat vasitəsinin digər şəxs dedikdə konkret olaraq kim tərəfindən idarə edilməsini bildirməməsini nəzərə alaraq X8 ərizəsində qeyd etdiklərinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək özünümüdafiə xarakterli fikir kimi qiymətləndirməklə onun inzibati məsuliyyətdən yayınmaq məqsədi güdməsi qənaətinə gəlir. Odur ki, işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mübahisələndirilən X4 xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və İXM-in 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Mərkəzi X3 İnformasiya Sisteminin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(5-95)-245/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-245/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver