Məhkəmə qərarları › İş №3(5-95)-257/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-257/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-257/2026 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli 00800-00126/26 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 25 sentyabr 2025-cl il tarixli əməliyyat qrupunun yaradılması və ya axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasan Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən Azərbaycan Respublikası aksiz markası ilə markalanmamıs tütün və tütün məmulatlarını X4 Hava Limanının 1-ci Terminalının Qarşısındakı dayanacağında qəbul edərək “Toyota Prius" markalı **-UE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yerləşdirən, şəxsiyyəti sonradan onlara məlum olan Azərbaycan Respublikası vətəndaşları X3 (Şəxsiyyət vəsiqəsi: AA*******, FİN: xxxxxxx) və Şəxs (şəxsiyyət vəsiqəsi: AA6227384. FİN: 5GAARCS) tərəflərindən müşahidə olundu, saxlanıldı və Emin İsmayılovun idarə etdiyi minik avtomobilinə baxış keçirilməsi üçün nəqliyyat vasitəsi ilə birlikdə X5 Gömrük İdarəsinin dayanacağına dəvət olunmuşdur. Baxıs zamanı, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, videocəkilisdən istifadə edildiyindən (DVD disk protokola əlavə olunur) hal şahidlərinin iştirakı təmin olunmamışdır. Minik avtomobilini etibarnamə əsasında idarə edən Azərbaycan Respublikası vətəndaşı X3 nəqliyyat vasitəsini baxış keçirilməsi ücün əməliyyat qrupunun üzvlərinə təqdim etmişdir. Baxıs zamanı, minik avtomobilinin yük hissəsindən 1 ədəd üzərində “Duty Free' yazıları olan sellofan paketin içərisində məcburi nişanlama ilə nişanlanmayan 26 qutu “X6” markalı siqaretlər aşkar edilmişdir. Baxıs davam etdirilmiş, minik avtomobilinin arxa salonunun içərisindən 1 ədəd üzərində “Duty Free” yazıları olan sellofan paketin içərisində məcburi nişanlama ilə nişanlanmayan 30 qutu “X8” markalı siqaretlər aşkar edilmişdir. Göstərilənlərdən başqa minik avtomobilində qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Araşdırmanın davamı olaraq aşkar olunmuş məcburi nişanlama ilə nişanlanmayan siqaretlərin dəyərinin müəyyən edilməsi məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy verilməsi üçün Azərbaycan Respublikası Ticarət və X1 Birliyinə müraciət edilmişdir. Birliyin 03 dekabr 2025-ci il tarixli 321 nömrəli ekspert rəyinə əsasən 26 qutu “X6” markalı siqaretlərin dəvəri 182 manat, 30 qutu "X8’ markalı siqaretlərin dəyəri isə 195 manat olmaqla ümumilikdə 377 manat müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, o, 25 sentyabr 2025-ci il tarixdə İstanbul-Bakı aviareysilə gələn sərnişinlərdən təhvil aldığı siqaretlərin ona məxsusdur. Həmin siqaretləri Türkiyə Respublikası vətəndaşı Hakan tərəfindən ona göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.39-cu maddəsinə əsasən, müsaviət olunan baqaj - gömrük sərhədindən sərnişinlərin özləri tərəfindən keçirilən mallardır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.34-cü maddəsinə əsasən, mallargömrük sərhədindən keçirilən valyuta. Valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələridir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.22-ci maddəsinə əsasən, gömrük sərhədindən kecmə-mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəYYən edilmiş üsullarla gömrük ərazisinə gətirilməsi və Ya bu ərazidən aparılması üzrə hərəkətlərdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləsdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması həmin Məcəllənin 214-cü maddəsi. “Mülki dövriyyədə olmasına vol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri ücün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəvvən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. Azərbaycan Respublikası İXM-in 508-ci maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və Ya məcburi nişanlama ilə nişanlanmalı olan malların.nisanlanmadan az miqdarda idxal edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin aid edildiyi qeyd hissədə göstərilmişdir ki. "az miqdarda olduqda’’ dedikdə, bes yüz manatadək olan məbləğ basa düşülür. Azərbaycan Respublikası Ticarət və X2 Birliyindən daxil olan müvafiq ekspert rəylərinə əsasən Şəxs aid olan siqaretlərin ümumi dəvəri 377 (üc yüz yetmiş yeddi manat) manat olmaqla az miqdar təşkil etmişdir Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 sentyabr 2025-cl il tarixli əməliyyat qrupunun yaradılması və ya axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasan Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən Azərbaycan Respublikası aksiz markası ilə markalanmamıs tütün və tütün məmulatlarını X4 Hava Limanının 1-ci Terminalının Qarşısındakı dayanacağında qəbul edərək “Toyota Prius" markalı **-UE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yerləşdirilmişdir.. Araşdırma zamanı “Şəxs tərəfindən aksiz markası ilə markalanmalı olduğu halda markalanmadığı aşkar edilmiş malların dəyəri işin halları ilə uyğun olub olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. İş materiallarında olan 23 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1296 saylı Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 26 qutu “X6“ və 30 qutu ‘X8" markalı siqaretlərin dəyəri isə 195 manat olmaala. ümumilikdə 377 manat müəyyən edilmişdir İş materiallarında olan “Azərekspertiza” Birliyinin 03 dekabr 2025-ci il tarixli, 321 saylı rəyindən görünür ki, ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 146 nömrəli ekspert rəyinə əsasən Şəxs aid olan siqaretlərin ümumi dəvəri 377 (üc yüz yetmiş yeddi manat) manat olmaqla az miqdar təşkil etmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan malların malların ümumilikdə orta bazar qiyməti 377 (üc yüz yetmiş yeddi manat) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin qeyd hissəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və va məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi “az miqdarda” dedikdə bes vüz manatadək olan məbləğ basa düsülür . Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 508-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, aksiz markası və ya məcburi nişanı olmayan 26 qutu “X6“ və 30 qutu ‘X8" markalı siqaretlər müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar