Məhkəmə qərarları › İş №3(5-95)-274/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-274/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-274/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını baxılmağa hazırlanması zamanı baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər X1 İdarəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP7780752 nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokol üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsi üçün əsas olmuş xx.xx.2025-ci il tarixli, EQ30413213 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə müvafiq cərimə ödənilmişdir. Belə ki, “Asan pay” ödəniş portalından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ30413213 nömrəli protokol üzrə müvafiq ödəniş həyata keçirilmişdir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən Hakim inzibati xətalar haqqında işlərə baxarkən (106.0.4.) işin icraatını rədd edən halların mövcud olubolmadığını həll etməlidir. Azərbaycan Respublikası İXM-in 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə o qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli, EQ30413213 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə tətbiq edilmiş cərimə ödənildiyindən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanları, Azərbaycan Respublikası İXM-in 53, 105, 106, 109 və 529-cu maddəsinin "Qeyd" hissəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar