Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-292/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1346/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs iddiaçı Ağayeva (Məmmədova) Lalə Rahib qızının xeyrinə xx.xx.2016-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə 400 manat məbləğində etmişdir. Həmin tarixdən bu günədək heç bir ödəniş etməmişdir. Hal-hazırda ümumi aliment borcu 5500 manat təşkil edir. Dəfələrlə İcra Şöbəsinə çağırılsa da, bu çağırışları diqqətə almamış və nəticədə barəsində axtarış elan edilmişdir. Bu səbəbdən məhkəmə qərarının icrasından yayındığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, işləmir, maddi durumunun aşağı olması səbəbilə nəzərdə tutulan ödənişi borclu X6 ödəyə bilmir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 400 manat məbləğində ödəniş etmişdir. X1 ilə ailə qurmuşdur. Ondan iki övladı vardır. İş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1346/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs iddiaçı Ağayeva (Məmmədova) Lalə Rahib qızının xeyrinə xx.xx.2016-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qərarının icrasından yayındığına görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1346/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs iddiaçı Ağayeva (Məmmədova) Lalə Rahib qızının xeyrinə xx.xx.2016-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. -“Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən icra məmuru X4 tərəfindən Şəxs barəsində axtarış elan edilmişdir. - X8 xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə yazdığı ərizədən görünür ki, Şəxs övladı Camal Məmmədli üçün ödəməli olduğu aliment borcu 5500 manat təşkil edir. Bu borcun tamamilə ödənilməsi üçün tədbir görülməsini xahiş edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından əldə edilmiş çıxarışdan görünür ki, Şəxs adına daşınmaz əmlak aşkar edilməmişdir. -Elektron məhkəmə informasiya sistemində Şəxs qohumluq məlumatlarından görünür ki, onun üç uşağı vardır: xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X12, xx.xx.2022-ci il təvəllüdlü X13. İş materiallarından görünür ki, Şəxs icra sənədi üzrə tələbinin icra edilməməsinin səbəbi maddi durumunun olmaması, həmçinin işləməməsidir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Onun işləməməsi aliment öhdəliyinin ica olunmaması üçün əsas ola bilməz. Bununla da məhkəmə qeyd edir ki, icra sənədi üzrə tələb bir uşaq üçün ödənilməli olan alimentdən ibarət olmaqla həmin alimentin ödənilməməsi üçün onun tərəfindən üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borcu üzrə öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini, borclunun axtarışla gətirilməsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X9 X3 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(5-95)-292/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-292/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver