Məhkəmə qərarları › İş №3(5-95)-296/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-296/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-296/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ28691431 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs qeyd edilən inzibati tənbeh vermə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, İXP7780790 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmədə “Asan pay” ödəniş portalından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-cı il tarixli, EQ 28691431 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu ödənilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 53.1.10-cu maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü … maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ... barədə qərar qəbul edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Şəxs tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş xx.xx.2025-cı il tarixli, EQ 28691431 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu ödənildiyindən, o, Azərbaycan Respublikasının İXM-in 529-cu maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunmalı olduğunu nəzərə alır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcələnin 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 109-cu maddələrini, 529-cu maddənin Qeyd hissəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar