Məhkəmə qərarları › İş №3(5-95)-302/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-302/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-302/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 2ci PŞ-nin sahə inspektoru Ruzi Mustafayevin iştirakları ilə xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 227-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli ******* saylı, ******* saylı və xx.xx.2026-cı il tarixli ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 02 fevral 2026-cı il tarixli MN serialı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq massivində yerləşən “Qlobus” kitab mağazasından 50 manat pul oğurlanmışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən nömrəsiz evin hasarına quraşdırılmış 75 manat 39 qəpik dəyərində 01 ədəd “Natek G-4” markalı qaz sayğacını oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli MN serialı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən X3 məxsus mənzildən 90 manat dəyərində 01 ədəd qol saatını oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli MN serialı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində X4 məxsus 400 manat dəyərində motoskleti oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə 02 fevral 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çilingər massivində yerləşən nömrəsiz evin hasarına quraşdırılmış 75 manat 39 qəpik dəyərində 01 ədəd qaz sayğacını oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə 06 yanvar 2026-cı il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 02 fevral 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən N-siz evin həyətindən 80 manat dəyərində 01 ədəd su mühərrikini oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru P.Həsənli tərəfindən inzibati xəta haqqında 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* saylı, Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru B.Piriyev tərəfindən 02 fevral 2026-cı il tarixdə MN seriyalı ******* saylı, Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru R.Mustafayev tərəfindən 02 fevral 2026-cı il tarixdə MN seriyalı ******* saylı, Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru T.Sarıyev tərəfindən 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* saylı, Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru T.Sarıyev tərəfindən 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* saylı, Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru B.Piriyev tərəfindən 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru Ruzi Mustafayev inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilərək göstərdi ki, pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Həmin oğurladığı əşyaları sataraq pulları öz ehtiyacları üçün xərcləmişdir. Sonuncu dəfə xx.xx.2026-cı il tarixində internetdə elandan tanış olduğu şəxsi aldadaraq motosiklet oğurlamışdır. Zərəri ödəməmişdir. Əməlindən peşmandır. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. -AZ 015340 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuşdur. - 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən nömrəsiz evin hasarına quraşdırılmış 75 manat 39 qəpik dəyərində 01 ədəd “Natek G-4” markalı qaz sayğacını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 02 fevral 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən N-siz evin həyətindən 80 manat dəyərində 01 ədəd su mühərrikini oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 02 fevral 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq massivində yerləşən “Qlobus” kitab mağazasından 50 manat pul oğurlanmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir - 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çilingər massivində yerləşən nömrəsiz evin hasarına quraşdırılmış 75 manat 39 qəpik dəyərində 01 ədəd qaz sayğacını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir - 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən X3 məxsus mənzildən 90 manat dəyərində 01 ədəd qol saatını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir - 03 fevral 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində X4 məxsus 400 manat dəyərində motoskleti oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibət bildirərək hesab edir ki, həmin protokollar üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokollara əlavə edilmiş sənədlərdən və Şəxs məhkəmə iclasında özünün etiraf edici izahatı ilə də təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 2-ci maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 227-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar