Məhkəmə qərarları › İş №3(5-95)-304/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-304/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-304/2026 13.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 barsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatət ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30729982 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 AZN və 2 bal olmaqla protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətini ötürmüşdür. Bunun səbəbi ailə üzvünün ağır xəstəliyi və sonradan vəfat etməsi ilə əlaqədar yaranmış gecikmə olmuşdur. Şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbədən ötürmüşdür. Xahiş edir ki, müddət bərpa edilsin. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 vəsatəti müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixli EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərardan həmin tarixdə sms vasitəsilə məlumat əldə etmişdir. Ailə üzvünün ağır xəstəliyi və sonradan vəfat etməsi, özünün səhhəti ilə əlaqədar şikayəti verə bilməmişdir. Xahiş edir ki, müddət bərpa edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh tədbiri tətbiq etmiş orqan xəbərdar olunmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını və buraxılmış müddətin bərpası barədə vəsatəti araşdırıb hesab edir ki, vəsatət rədd edilməlidir. İş materiallarından görünür ki, EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə 86 manat cərimə xx.xx.2025-ci il tarixdə **********3 saylı qəbz üzrə ödənilmişdir. İş materiallarında olan AsanPay vasitəsilə X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli sms mətnindən görünür ki, EQ30729982 saylı inzibati protokol üzrə xx.xx.2025-ci il tarixdən dəbbə pulu hesablanmağa başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Eyni Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. Eyni Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Eyni Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Eyni Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarı onun kabinetinə yerləşdirilmiş və X3 xx.xx.2025-ci il tarixdə sms vasitəsilə məlumat əldə etmiş, bunu X3 məhkəmə iclasında verdiyi izahatında da təsdiq etmişdir. Məhkəmə hesab edir ki, X3 prosessual müddəti xəstə olması ilə əlaqədar ötürdüyünü bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün prosessual müddəti üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə hər hansı mötəbər sübut (əmək qabiliyyətinin olmamasını təsdiq edən sənədlər və s.) təqdim etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzürlü hesab edilə bilməz, bu səbəbdən də buraxılmış prosessual müddətin bərpasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ30729982 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti əsassız olduğundan rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar