Məhkəmə qərarları › İş №3(5-95)-305/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-305/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-305/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhər X13 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər X13 İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 həmçinin şikayətə baxmağa hazırlıq zamanı şikayətinə yaşayış yeri üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması barədə vəsatət vermişdir. Xəzər RİHB-nin Binə qəsəbə İƏD nümayəndəliyinin xx.xx.2026-cıil tarixli 269 nömrəli arayışından görünür ki, X5 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 63-cü Binə küçəsi, giriş 72-də yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. X5 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən Bakı Şəhər X13 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərar ləğv edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-2705/2025 saylı qərarına əsasən şikayəti qismən təmin edilmiş, iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Bakı Şəhər X13 İdarəsinin mayor X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərarında, onun 19 noyabr 2025ci il tarixində Bakı şəhəri X11 küçəsi 40 ünvanında Changan Qiyuan A05 Plug-İn Hibrid minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayırıcı keçmə qaydalarının pozulmasını əsas gətiib, vətəndaşın Azərbaycan Republikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini göstərərək, 100 manat məbləğində cərimə etməsini, lakin, onun vətəndaş olaraq, məhkəmə iclasında yolayırıcını keçmə qaydalarını pozmadığı, barsində inzibati icraat aparılan zaman onun iştirakının təmin olunmadığını və hadisə zamanı qeydə alınmış videogörüntünün ona təqdim olunmadığını, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, şəxs barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini əsas gətirib, xx.xx.2025-ci il tarixli İXP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayətin əsaslı olduğunu vurğulayıb, eyni zamanda məhkəmə belə hesab etmişdir ki, barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyi, həmçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğunu, hadisə zamanı qeydə alınmış videogörüntülərin təqdim olunmadığını göstərmişdir. Bununla da, məhkəmə belə hesab etmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsi X13i İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qəbul edilmiş qərarla o, Bakı Şəhər Baş Polis İdarəsi X13i İdarəsinə müraciət etmişdir. xx.xx.2026-cı il tarixdə Bakı Şəhər DYPİ-nin polis kapitanı X2 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin materialları ilə nəticə olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol üzrə Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 onun barəsində xx.xx.2026-cı il tarixdə inzibati tənbeh vermə haqqında TP7785119 nömrəli qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X5 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək bildirdi ki, nizamlayıcının yaşıl işığı yanıb sönərkən o avtomobildə sərt tormizlama aparmaq istəməmiş bu səbəbdən də yolu keçmişdir. Həmçinin o yolu nizamlayıcının yaşıl işığı yanarkən keçmişdir. Video və foto görüntü onun kabinetinə yerləşdirilməmişdir. Dəfələrlə müraciət etsə də foto və videogörüntü ona təqdim edilməmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şikayət təmin edilərək Bakı Şəhər X13 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhər X13 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 09:53-də “Changan qiyuan A05 Plug-in” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastiəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkəti davam etdirmiş nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2705/2025 saylı qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş və Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. İş materiallarında olan kənardan (avtomobil daxilindən) çəkilmiş videogörüntüdən görünür ki, “Changan Qiyuan A05 Plug-in” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nizamlayıcının yaşıl rəngli işığının yanması zamanı hərəkəti davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). İİ. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. İİİ. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb - sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən İİ. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı Şəhər X13 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 09:53-də “Changan qiyuan A05 Plug-in” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkəti davam etdirmiş nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Foto və ya video materiallar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməmiş, yaxud bununla bağlı məhkəməyə inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən 04 fevral 2026-cı ildə və 17 fevral 2026-cı il tarixdə Bakı Şəhər X13 İdarəsinə iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün sübutların məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də məhkəmə tərəfindən verilmiş sorğuya cavab verilməmiş, nümayəndənin iştirakı təmin edilməmişdir. İş üzrə X5 xx.xx.2025-ci il tarixdə saat 09:53-də “Changan Qiyuan A05 Plug-in” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verildikdən sonra davam etdirmədiyini, nizamlayıcının yaşıl işığı yanıb sönərkən o avtomobildə sərt tormozlama aparmaq istəmədiyini, bu səbəbdən də hərəkəti davam etdirdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, nizamlayıcının qadağanedici işarəsi verilərkən X5 tərəfindən hərəkətin davam etdirilməsinə dair şübhələr barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45- 2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. Bakı Şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar