Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-315/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi ilə, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X4 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızının xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək sabit pul məbləğində aliment tutulmalıdır. Lakin Şəxs alimenti ödəməkdən yayındığına görə dəfələrlə inzibati və bir dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə alınıb inzibati qaydada həbs edilmişdir. Həmin vaxtdan hazıradək cəmi 500 manat məbləğində aliment ödəmişdir. Hazırda da alimentin ödənilməsindən yayınır və onun aliment üzrə yekun borcu 8.100 manat təşkil edir. Odur ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyinə görə Şəxs oğunun İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızı icra məmurunun göstərdiklərinə uyğun izahat verib Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu dəfə İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra cəmi 500 manat ödəniş etməsini, aliment üzr borcunun səkkiz min manatdan artıq olmasını etiraf edib, aliment tələbinin ödənilməsindən boyun qaçırmadığını, lakin heç bir yerdə işləmədiyi üçün öhdəliyini tam yerinə yetirə bilmədiyini, günəmuzd işlər olduqda ara-sıra işlədiyini, hazırda səhhəti ilə əlaqədar işləyə bilmədiyini, işləyib gəlir əldə etdikdə aliment üzrə borcunu az da olsa ödədiyini bildirib onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli qərarından görünür ki, tələbkar Mirzəzadə (İbrahimova) Pərvanə Qaib qızının xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək sabit pul məbləğində aliment tutulmasına dair icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə həmin tarixdə inzibati məsuliyyətə alınaraq barəsində inzibati qaydada həbs edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli qərarından sonra hal-hazıradək cəmi 500 manat məbləğində aliment ödəmiş, hazırda aliment üzrə yekun borcu 8.100 manat təşkil edir. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. İXM-in müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə tərəfləri dinləyib, icra sənədlərini və işə əlavə edilmiş materialları, o cümlədən inzibati xəta törətməsi barədə tərtib olunmuş inzibati xəta haqqında protokolu, icra vərəqəsini və digər sənədləri araşdıraraq, məhkəmənin eyni qərarını icra etmədiyinə görə Şəxs dəfələrlə inzibati məsuliyyətə, hətta xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, bundan nəticə çıxarmayaraq yenidən eyni xarakterli əməlləri törətməsini, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyini nəzərə alıb hesab edir ki, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməklə İXM-in 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 05 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və İXM-nin 43, 115, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 05 fevral 2026-cı il tarixdən, saat 18:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X6 X1 və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(5-95)-315/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-315/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver