Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-328/2026 09.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını baxılmağa hazırlanması zamanı baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Xəzər rayon DYPŞ tərəfindən inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokol üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsi üçün əsas olmuş xx.xx.2025-ci il tarixli, EQ31006482 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə müvafiq cərimə ödənilmişdir. Belə ki, “Asan pay” ödəniş portalından əldə edilmiş çıxarışdan görünür ki, EQ31006482 nömrəli prtokol üzrə müvafiq inzibati tənbehin ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.10-cu maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim ... inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən hallar mövcud olubolmadığını (mad 106.0.4) həll etməlidir. Məhkəmə o qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli, EQ31006482 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə tətbiq edilmiş cərimə ödənildiyindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işi üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanları, Azərbaycan Respublikası İXM-in 53.1.10, 105.1, 106, 109 və 529cu maddəsinin "Qeyd" hissəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.10-cu maddəsinə əsasən xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Vüqar Məhərrəmov