Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-358/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İnzibati tənbeh vermə barədə qərardan şikayət vermiş şəxs Dənziyev İmanxan Əlibaba oğlunun iştirakı ilə, X1 Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarından şikayətinə açq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-KT-*** dövlət qeydiyyat nişanlı Ford tranzit yük avtomaşını ilə Qala yolunda hərəkətdə olarkən xx.xx.2025-ci il tarixində saat 18:54 radələrində DYP əməkdaşı tərəfdən saxlanılmış və İXM-nin 96-cı maddəsinin tələblərinə zidd olaraq avtomaşın yolun hərəkət hissəsindən kənarlaşdırılaraq Xəzər rayonu ərazisində duracağa yerləşdirilmiş və barəsində İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda İXM-nin 342.2.2 maddəsinin (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) tələblərini pozmağı qeyd edilmişdir. Bu hadisədən 2 gün sonra Bakı şəhər DYPİ-nin Polis leytenantı X4 onu İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək xx.xx.2025-ci ildə barəsində TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bu qərardan verdiyi şikayətə Xəzər rayon məhkəməsində baxılmış və Xəzər rayon Məhkəməsinin 3(003)-2553/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər DYPİ-nin səlahiyyəti nümayəndəsi X1 İXM-nin 342.1.3 və 342.2.2 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini əks etdirən_əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab elmişdir ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixində qəbul etdiyi TP7504784 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol İdarəsinə qaytarılmışdır. Lakin buna baxmayaraq, Bakı şəhəri DYPİ onun iştirakı olmadan, onu dəvət etmədən və əsaslı sübutlara iştirakı ilə baxış keçirmədən yenidən onu İXM-nin 342.1.3 və 342.2.2 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş və barəsində İXP ******* nömrəli protokol əsasında TP seriyalı ******* nömrəli xx.xx.2026-cı il tarixli qərar qəbul etmişdir. TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın üzərində qeyd edilmiş yazıdan görünür ki, bu qərar xx.xx.2026-cı ildə DİN DYP WEB portalından çap edilərək rəsmən ona təqdim edilmişdir. Qərarın üzərində yazılmışdır ki, qərardan 20 gün müddətində məhkəməyə şikayət verə bilər. Qərarın üzərində yazıldığı kimi, qərardan 20 gün müddəti ötürməmiş, yəni qərarın ona verildiyi gündən 10 gün müddətində poçt vasitəsilə Xəzər rayon məhkəməsinə şikayət vermişdir. Bu qərarın qəbul edilməsi İXM-nin 124.3, 121-ci maddəsinin 1-ci hissəsi və 61.3-cü maddələrinin pozulması ilə müşayiət edilmişdir. Belə ki, onun tərəfindən törədilməsi iddia olunan inzibati xəta hadisəsi biləvasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edildiyi üçün və o bu inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs), yəni bu məsələyə baxan vəzifəli şəxs Bakı şəhər DYPİ həmin iş üzrə tərtib edilmiş TP seriyalı, ******* nömrəli qərar qəbul edərkən İXM-nin 121-ci maddəsinin birinci hissəsinin, 61.3-cü maddəsinin tələblərinə uyğun olaraq yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxs kimi onun Bakı şəhər DYPİ-nə dəvət etməli və onun iştirakı ilə işə baxmalı və qərar qəbul etməli idi. Lakin Bakı şəhər DYPİ bunu etməmiş və barəsində qəbul edilmiş TP seriyalı, ******* nömrəli xx.xx.2026-cı il tarixli qərar inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının kobud şəkildə pozulması ilə qəbul edildiyindən hər bir halda qanunsuzdur və buna görə də bu qərar ləğv edilməlidir. Bundan başqa bildirir ki, DYP əməkdaşı bu maddəni ona tətbiq edərkən və barəsində bu yeni qərarı çıxardarkən əvvəlki kimi heç bir sübut ortaya qoya bilməmişdr. DYP əməkdaşı hesab etmişdir kı, idarə etdiyi Ford Tranzit yük maşınının yük hissəsində içəridə yüklərin təhlükəsiz daşınması üçün quraşdırdı rəflər (polkalar) qanunsuz quraşdırılmış avadanlıqlardır. Lakin bu qanunauyğun yanaşma deyildir. Çünki İXM-nin 342.2.2 maddəsində açar söz normativ tələblərin pozulması ifadəsidir. Yük daşıyan maşının yük yerinə içəridən hər hansı avadanlığın quraşdırılması normativ tələbləri pozarsa, onda İXM-nin 342.2.2 maddəsinin tətbiqindən danışmaq olar. Yük yerində rəf qoymaq və ya quraşdırmaq, orada şüşə qab daşımaq üçün nəsə ayrı bir şey qoymaq heç bir normativ tələbi pozmur. Yük yerində yükə uyğun dəyişikliklər edilməsi normativ tələblərə uyğundur ki, yüklər rahat daşınsın, salamat daşınsın, hətta çörək daşıyan maşınlar üçün tələb var ki, orada çörəkləri qalaq-qalaq üst-üstə yığmaq olmaz, rəflər olmalıdır. Belə ki, çörək daşıyan avtomaşının yük daşıyan yerində rəflərin quraşdırılması “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli Qərarının 19-cu bəndinin tələblərinə də tam uğundur. Həmin bənddə çörək və çörək-bulka məmulatlarının daşınmasına dair tələblər öz əksini tapmışdır. DYP əməkdaşının yanaşması ona bənzəyir ki, bütün avtomaşınları yolda saxlamalı və yük daşıyan yerləri, hətta baqajları yoxlamalıdır. Yük daşıyan yerdə və ya baqajda yüklərin rahat və salamat daşınması üçün nəsə görsə, İXM-nin 324.2.2 maddəsini tətbiq etməlidir. Bu yanaşmanın özü əsassızdır, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli Qərarına, eləcə də Yol hərəkəti haqqında Qanunun 1 nömrəli əlavəsinə tamamilə ziddir. Digər tərəfdən nəqliyyat vasitələri üçün normativ tələblər Yol hərəkəti haqqında Qanunun 30-cu maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Bu maddədə qeyd edildiyi kimi, tərəfindən normativ tələblərin pozulub-pozulmamasına hüquqi qiymət vermək üçün, ilk növbədə, Yol hərəkəti haqqında Qanunun 1 saylı Əlavəsinə baxmaq lazımdır. Bu 1 saylı əlavədə yük daşıyan yerdə rəflərin quraşdırılması normativ tələblərin pozulması kimi qeyd edilməyib. Bütün bu izahatları və mülahizələri onu göstərir ki, avtomaşının yük daşıyan yerində yüklərin rahat və salamat daşınması üçün istifadə etdiyi rəflərə DYP əməkdaşı tərəfdən normativ tələblərin pozulması kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır və buna görə də barəsində tərtib edilmiş TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Bakı şəhəri DYPİ-nin xx.xx.2026-cı il tarixində qəbul etdiyi TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni Qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət verən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2553/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 idarəsinin İXP seriyalı ******* saylı xx.xx.2025ci il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında X2, xx.xx.2025-ci il tarixində saat 11:18-də Qala yolu ərazisində X9 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avandanlığın quraşdırlıması səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X2, xx.xx.2025-ci il tarixində saat 11:18-də Qala yolu ərazisində X9 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsində çörək daşınması üçün nəzərdə tutulmuş rəflər quraşdırıldığı müəyyən edilmiş, buna görə X2 barəsində İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. X2 şikayət ərizəsindən və şikayətinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, X9 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çörək daşınması üçün rəflər quraşdırılmışdır. X7 Yük markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avadanlıqla təchiz olunmasına razılıq verilməmiş, yaxud belə razılığın verildiyi məhkəmə iclasında müəyyən edilməmişdir. Bununla da X1 xx.xx.2025-ci il tarixində saat 11:18-də Qala yolu ərazisində X9 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, onun tərəfindən normativ tələblər pozulmaqla avandanlığın quraşdırlıması səbəbindən onun, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: 342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q61-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentin 3-cü bəndinə əsasən göstərilmişdir ki, Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üzrə elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q61-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentin 3.2.1-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsindən imtina halları aşağıdakılardır: istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə və quraşdırılması nəzərdə tutulan avadanlığın nəqliyyat vasitəsinin texniki göstəricilərinə uyğunsuzluğu müəyyən edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir. Göründüyü kimi, şikayətçi tərəfindən nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına dair razılıq əldə edilməmiş, X2, xx.xx.2025-ci il tarixində saat 11:18-də Qala yolu ərazisində X9 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsində çörək daşınması üçün nəzərdə tutulmuş rəflər quraşdırıldığı müəyyən edilmiş, buna görə X2 barəsində İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokol tərtib edilmiş, haqlı olaraq barəsində Bakı şəhər X8 İdarəsi tərəfindən xx.xx.2026cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd edilənlərə əsasən, X1 Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarından şikayəti təmin edilməməli, Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı dəyişdirilmədən saxlanılsın. X1 Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(5-95)-358/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-358/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver