Məhkəmə qərarları › İş №3(5-95)-366/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-366/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-366/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X4 nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lerik rayonunun Pirasora kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Südçülük Sovxozunda yaşayan, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsindən daxil olmuş 10 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Lerik Rayon Məhkəməsinin 2(048)- 938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2 və Şəxs müştərək qaydada 42500 (qırx iki min beş yüz) manat alınaraq tələbkar X6 ödənilməlidir. Hazırda ödənilməmiş borcu 42500 manat təşkil edir. Borclu icra sənədi üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2 və Şəxs müştərək qaydada 42500 (qırx iki min beş yüz) manat alınaraq, dövlət rüsumunun əvəzinə 20 (iyirmi) manat tutularaq tələbkar X6, 10 (on) manat dövlət büdcəsinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Lerik Rayon Məhkəməsinin 2(048)-938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Müxtəlif tarixlərdə borclu Xəzər rayon İcra Şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu ən son 2023-cü il tarixdə 2000 manat pul ödəmişdir. 2023-cü il tarixdən bu günə 40500 manat borcundan heç bir dəniş olmamışdır. Borclu izahatında halhazırda maddi vəziyyətinin pis olması ilə əlaqədar borcundan cəmi 2000 manat ödəniş edə bildiyini bildirmiş, icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Borclu ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Borclu barəsində axtarış verilmiş və axtarış nəticəsində bugün barəsində protokol tərtib edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 nümayəndəsi X9 göstərdi ki, Lerik Rayon Məhkəməsinin 2(048)-938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2 və Şəxs müştərək qaydada 42500 (qırx iki min beş yüz) manat alınaraq qardaşı X6 ödənilməlidir. Ümumiyyətlə borclulardan biri yoxdur. Axtarışdadır. Şəxs isə qardaşına olan borcundan heç bir ödəniş etməyəcəyini bildirmişdir. Bu səbəbdən qardaşı əsəbləşərək insult keçirmiş, nitq qabiliyyəti pozulmuşdur. Bu səbəbdən onun yerinə etibarnamə əsasında işə daxil olmuşdur. Borclu icra vərəqəsini icra etməyərək göstərilən məbləği onlara ödəmir. Cəmi 2000 manat ödəniş etmişdir. Artıq 6 ildir ki, məhkəmə qətnaməsi icrasız qalmışdır. Borcun tam ödənilməsini tələb edir. Əks halda barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2 və Şəxs müştərək qaydada 42500 (qırx iki min beş yüz) manat alınaraq, dövlət rüsumunun əvəzinə 20 (iyirmi) manat tutularaq tələbkar X6, 10 (on) manat dövlət büdcəsinə ödənilməlidir. İndiyə qədər borcundan cəmi 2000 manat ödəyə bilmişdir. Sonra isə tələbkarla aralarında razılıq olmuş, borcunun əvəzində zərərçəkmiş şəxsə torpaq sahəsi vermişdir. Hazırda maddi imkanı olmadığından tələbkara olan borcundan ödəniş edə bilmir. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Lerik Rayon Məhkəməsinin 2(048)-938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2 və Şəxs müştərək qaydada 42500 (qırx iki min beş yüz) manat alınaraq, dövlət rüsumunun əvəzinə 20 (iyirmi) manat tutularaq tələbkar X6, 10 (on) manat dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; -icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-938/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 10 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X8 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar