Məhkəmə qərarları › İş №3(5-95)-367/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-367/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-367/2026 11.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi ilə, X6 katibliyi, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bərdə rayonunun Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, Bərdə rayonu, Şirvanlı ərazi dairəsi, Qullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə inzibati xətanı törətməsinə dair Bakı şəhər, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxsnın narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Bununla da onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru polis leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində xx.xx.2026-cı il tarixli protokol tərtib olunduğunu, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, narkotik vasitə qəbul edib, lakin daimi istifadəçisi deyil. Törətdiyi əmələ görə peşmandır. Azyaşlı övladı var, gündəlik fərdi əməklə məşğul olub, ailəsinə baxır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2026-cı il tarixli, 1040 nömrəli rəyindən görünür ki, Şəxsnın sidiyində narkotik vasitə olan THC (+) aşkar olunur, kannabinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində porfilaktik qeydiyyata alınması məsləhət görülür “İnzibati qaydada tutma haqqında” 09 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:45-də tutulmuşdur. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxsnın İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir (maddə 115.2). Məhkəmə iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməli, 01 (bir) gün müddətində inzibati qaydada tutulması nəzərə alınmaqla barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar